12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Belarus Rusiya-Ukrayna müharibəsinə qoşulur?
Tarix: 27-08-2024 09:58 | Bölmə: Slayd
Belarus Rusiya-Ukrayna müharibəsinə qoşulur?

Belarus qoşunlarının Ukrayna sərhədi boyunca toplanması Ukrayna qüvvələrinin diqqətini yayındırmaq və daha geniş cəbhə xətti boyunca prosesi uzatmaq məqsədi daşıyır.

Reyting.az
xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) yeni hesabatında deyilir.

ISW analitikləri bildirirlər ki, Belarus qoşunlarının Ukraynanı işğal etmək ehtimalı azdır: “Belarusun Ukraynaya təcavüzü və ya hətta Belarus ordusunun müharibədə iştirakı Lukaşenkonun öz rejimini müdafiə etmək qabiliyyətini pisləşdirəcək. Ukrayna ilə müharibə riski Belarusda daxili narazılığı kəskin şəkildə artıra bilər”.

Analitiklər əlavə ediblər ki, Belarusda prezident seçkiləri 2025-ci ilin fevralında keçiriləcək və Lukaşenko seçkilərlə bağlı istənilən etirazları yatırtmaq üçün ictimai əhval-ruhiyyə üzərində nəzarəti saxlamaq və orduya təsir etmək istəyir.

Hesabatda xatırlanır ki, Ukrayna sərhədində (Qomel vilayəti) Belarus qüvvələrinin yığılması ilə bağlı Kiyev Minskə xəbərdarlıq edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər