12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Parlament seçkilərini 110 mindən çox yerli müşahidəçi izləyəcək
Tarix: 27-08-2024 13:33 | Bölmə: Slayd
Parlament seçkilərini 110 mindən çox yerli müşahidəçi izləyəcək

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərini izləmək üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı 110 mini ötüb.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, müşahidəçilər azad şəkildə məntəqələrdə seçki prosesini izləyəcəklər: "Media nümayəndələrinə isə ümumiyyətlə, heç bir məhdudiyyət və qeydiyyat tələbi yoxdur. Jurnalistlərdən səsvermə günü bölgələrdən, xüsusilə də Qarabağdan prosesi bütün dünyaya çatdırmağı xahiş edirəm".




Bölməyə aid digər xəbərlər