12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Böyük təhlükə: atom elektrik stansiyası dron hücumuna məruz qalır
Tarix: 27-08-2024 18:08 | Bölmə: Slayd
Böyük təhlükə: atom elektrik stansiyası dron hücumuna məruz qalır

Yoxlama zamanı Kursk atom elektrik stansiyasının (AES) ərazisində dron hücumlarının izləri tapılıb. Reyting.az xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi jurnalistlərə bildirib.

R. Qrossi deyib ki, bu gün ona Kurskdakı zavodun ərazisinə, obyektlərinə bir neçə dron hücumu barədə məlumat verilib və zavodda olarkən bu hücumların izlərini şəxsən görüb.

Rusiya ilə Ukraynanın aktiv döyüş zonasından bir neçə kilometr məsafədə yerləşən nüvə elektrik stansiyalarının təhlükəsizlik rejimi ciddi narahatlıq doğurur.

Qeyd edək ki, avqustun 27-də MAQATE-nin baş direktoru Rafael Qrossi Kurçatov şəhərinə gəlib və burada Kursk AES-ə baxış keçirib. Əvvəllər o, Ukrayna Silahlı Qüvvələrinin hərəkətləri nəticəsində stansiyanın zədələnməsi riskini çox ciddi adlandırmışdı.

E. KAMAL




Bölməyə aid digər xəbərlər