12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Qubada avtobus qəzası: ölən və çoxsaylı yaralı var - (Yenilənib)
Tarix: 29-08-2024 10:55 | Bölmə: Slayd
Qubada avtobus qəzası: ölən və çoxsaylı yaralı var - (Yenilənib)

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Reyting.az
DİN-nin Mətbuat Xidmətinin Quba regional qrupuna istinadla bildirir ki, avqustun 29-u səhər saatlarında Quba rayonunun Hacıhüseynli kəndi ərazisində "Mercedes" markalı sərnişin mikroavtobusu ilə “Chevrolet” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində 1 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Son məlumata görə, qəzada xəsarət alanların sayı 12-yə çatıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

****

Avqustun 29-da saat 08:00 radələrində Quba-Xaçmaz yolunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə 12 nəfər (7-si qadın cinsli, 5-i kişi cinsli olmaqla) müxtəlif bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.

Reyting.az
bildirir ki, bu barədə TƏBİB-dən məlumat veriblər.

Yaralıların hər birinə zəruri tibbi xidmət göstərilib, hazırda müalicələri tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir.

Onlardan 6 nəfərin vəziyyəti ağır, digər 6 nəfərin vəziyyəti isə qənaətbəxşdir.

Qeyd edilib ki, qəza nəticəsində 1957-ci il təvəllüdlü şəxsin (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

***

Son məlumata görə, Qubadakı yol-nəqliyyat hadisəsində 15 nəfər xəsarət alıb.

Reyting.az
"Report"-a istinadla xəsarət alan şəxslərin (Quba rayon sakinləri) siyahısını tədim edir:

1978-ci il təvəllüdlü Ağazadə Arzu Arif qızı,

1990-cı il təvəllüdlü Əlisultanov Tural İlham oğlu,

1971-ci il təvəllüdlü Hacıyeva Aliyə Böyükağa qızı,

2001-ci il təvəllüdlü Paşayev Kamal Mübariz oğlu,

1963-cü il təvəllüdlü Yunusova Gülarə Hüsyinbala qızı,

2001-ci il təvəllüdlü Kamalov Elmar Məhəmməd oğlu,

1979-cu il təvəllüdlü Səfərəliyeva Gülbikə Bayram qızı,

1967-ci il təvəllüdlü Məmmədova Pərvanə Sədrəddin qızı,

1987-ci il təvəllüdlü Əlisultanova Gülnar Arif qızı,

2003-cü il təvəllüdlü Əhmədov Sərxan Ruslan qızı,

1962-ci il təvəllüdlü Gülbalayeva Qənilə Xanbala qızı,

1957-ci il təvəllüdlü Mirişova Əzimə Həbib qızı,

1963-cü il təvəllüdlü Rüstəmova Zenfira Məmmədşah qızı.

Xaçmaz rayon sakinləri;

1965-ci il təvəllüdlü Əmrahov Elsevər Davud oğlu,

1980-ci il təvəllüdlü Xasiyeva Rəvanə Azadə qızı.




Bölməyə aid digər xəbərlər