12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Hikmət Hacıyev: Beynəlxalq Qızıl Xaç Komitəsi kimi təsisatların fəaliyyəti qənaətbəxş deyil
Tarix: 30-08-2024 11:20 | Bölmə: Slayd
Hikmət Hacıyev: Beynəlxalq Qızıl Xaç Komitəsi kimi təsisatların fəaliyyəti qənaətbəxş deyil

Azərbaycan 30 il Ermənistan-Azərbaycan münaqişəsi kontekstində beynəlxalq humanitar hüquqa uyğun olaraq itkin düşmüş şəxslərimizin taleyini müəyyən etməli olan Beynəlxalq Qızıl Xaç Komitəsi kimi təsisatların fəaliyyətini qənaətbəxş saymır.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev 30 Avqust - Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı sosial media hesabındakı paylaşımında qeyd edib.

Paylaşımda daha sonra deyilir:

"Əfsuslar olsun ki, bu gün BQXK öz nizamnaməsinə və beynəlxalq humanitar hüquqa zidd olaraq Ermənistanın pullu sifarişi ilə hesabat yazan şəxslərə yalan məlumatlar ötürməklə məşğul olur və qərəzli anti-Azərbaycan propaqanda kampaniyasında yer alır. Azərbaycan dövləti özü itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün bundan da sonra əlindən gələni əsirgəməyəcək, onların ailələrinin həsrət və iztirablarına son qoymaq üçün bu xüsusda olan davamlı tədbirlərini davam etdirəcək".





Bölməyə aid digər xəbərlər