13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Mariya Zaxarova: “Ağ ev Amerikanı kriminal boss üslubunda idarə edir”
Tarix: 04-09-2024 08:07 | Bölmə: Slayd
Mariya Zaxarova: “Ağ ev Amerikanı kriminal boss üslubunda idarə edir”

“Rusiya Venesuela ilə həmrəylik nümayiş etdirir və ABŞ-dan prezident Nikolas Maduronun müsadirə edilmiş təyyarəsinin geri qaytarılmasını tələb edir”.

Reyting.az
yerli KİV-ə istinadla xəbər verir ki, bu tələb Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın açıqlamasında yer alıb.

Zaxarova deyib ki, Ağ ev Amerikanı Çarlz Dikkensin Oliver Tvist haqqında romanındakı Bill Sayks kimi kriminal boss üslubunda idarə edir.

Xatırladaq ki, sentyabrın 2-də ABŞ Venesuela prezidenti Nikolas Maduronun xidməti təyyarəsini müsadirə edib. ABŞ hakimiyyəti bu addımını Karakasın sanksiyaları pozması ilə əsaslandırıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər