13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Təhlükəli virusa qarşı tədbirlər başlanılır - Foto
Tarix: 05-09-2024 10:11 | Bölmə: Slayd
Təhlükəli virusa qarşı tədbirlər başlanılır

Azərbaycan Prezident Administrasiyasının tapşırığına əsasən Səhiyyə Nazirliyində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), “Azərbaycan Hava Yolları” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının səlahiyyətli nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Reyting.az
Səhiyyə Nazirliyinə istinadla bildirir ki, görüşdə bu ilin noyabr ayında COP29 beynəlxalq tədbirinin Azərbaycanda keçirilməsi ilə əlaqədar aidiyyəti qurumların birgə koordinasiyalı fəaliyyətinin təşkili üçün hazırlanmış tədbirlər planı müzakirə olunub.

Hazırda bir çox ölkələrdə “Meymunçiçəyi” virusunun sürətlə yayılması hallarını nəzərə alaraq, ölkə ərazisində profilaktik tədbirlərin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.

Yekunda rəy və təkliflər dinlənilərək görüləcək fəaliyyətlərə dair vahid yanaşma müəyyənləşdirilib.





Bölməyə aid digər xəbərlər