13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Rusiyanın rəhbər şəxslərinə qarşı xüsusi tribunal yaradırlar
Tarix: 05-09-2024 17:01 | Bölmə: Slayd
Rusiyanın rəhbər şəxslərinə qarşı xüsusi tribunal yaradırlar

Avropa Şurası ölkələrinin ədliyyə nazirləri sentyabrın 5-də Vilnüsdə keçirilən beynəlxalq konfransda Rusiyanın Ukraynada beynəlxalq cinayətlərini araşdırmaq üçün xüsusi tribunalın yaradılması üzrə gələcək addımları müzakirə etməyi planlaşdırırlar. Bu barədə Litvanın LRT telekanalı ölkənin Ədliyyə Nazirliyinin bəyanatına istinadla məlumat yayıb.

Reyting.az
-ın məlumatına görə, nazirlik bildirib ki, Rusiyanın Ukraynadakı beynəlxalq cinayətlərindən bəhs edəcək yüksək səviyyəli konfrans Litvanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində əsas tədbirlərdən biridir.

Jurnalistlər qeyd ediblər ki, konfrans zamanı Avropa Şurası (AŞ) ədliyyə nazirləri Rusiyanın Ukraynaya qarşı əsassız təcavüzünə görə cinayət məsuliyyətinin təmin edilməsi üçün növbəti addımları müzakirə edəcəklər.

Ədalət mühakiməsinin səmərəli qurulması üçün milli araşdırmaların vahid standartlarının təmin edilməsi, sübutlar bazasının keyfiyyəti, o cümlədən qiyabi hökmün çıxarılması imkanları ilə bağlı problemlərin və mümkün həll yollarının nəzərdən keçirilməsi planlaşdırılır.

Konfransda həmçinin Süni İntellekt, İnsan Haqları, Demokratiya və Qanunun aliliyi haqqında AŞ Çərçivə Konvensiyasının imzalanması da nəzərdə tutulur.

Konfransda, o cümlədən, AŞ-nın baş katibi Mariya Peyçinoviç Buriç, AŞ Parlament Assambleyasının sədri Teodoros Russopulos, AŞ-nın insan hüquqları üzrə komissarı Maykl O'Flaherti, Avropa Komissiyasının ədliyyə üzrə komissarı Didye Reynders, Avropa Şurasının digər nümayəndələri, üzv ölkələrin ədliyyə nazirləri və Ukraynadan nümayəndələr iştirak edəcəklər.

Litva Ədliyyə Nazirliyinin məlumatına görə, ümumilikdə tədbirdə təxminən 200 nəfər iştirak edəcək.

E. KAMAL




Bölməyə aid digər xəbərlər