13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Tramp “F-35”-lərin ABŞ-ın inhisarında olmasını istəyir
Tarix: 06-09-2024 09:12 | Bölmə: Slayd
Tramp “F-35”-lərin ABŞ-ın inhisarında olmasını istəyir

ABŞ prezidentliyinə namizəd Donald Tramp 3-cü Dünya Müharibəsinin başlanma ehtimalını daha real sayır. Bu səbəbdən də çoxmillətli proqram olan yeni nəsil “F-35” döyüş təyyarəsinin tamamilə yerli istehsalını istəyir.

Reyting.az
-ın məlumatına görə, ABŞ-nın keçmiş prezidenti D. Tramp Nyu-York İqtisadi Klubunun təşkil etdiyi proqramda bildirib ki, noyabrda keçiriləcək seçkilərdə prezident seçiləcəyi təqdirdə “F-35”-lərin ölkə daxilində istehsalını təmin edəcək.

“Biz milli təhlükəsizliyimiz üçün lazım olan bütün materialların ABŞ-da istehsal olunmasını istəyəcəyik ki, bu da milyonlarla yeni iş yeri yaradacaq”, - deyə Tramp əlavə edib.

Nümunə olaraq “F-35” döyüş təyyarəsi proqramını göstərən Tramp deyib:

“Bilirsiniz, “F-35”-in qanadları bir ölkədən, quyruq sükanları başqa ölkədən, oturacaqları başqa bir ölkədən, elektron komponentləri isə digər ölkədən gətirilir. Yəni müxtəlif ölkələrlə birlikdə istehsal edilir. Müharibə olarsa və bu ölkələrin yarısı ilə müharibə vəziyyətində olsaq, nə edəcəyik?”.

Tramp müharibə istəmədiklərini, lakin 3-cü Dünya Müharibəsinin əvvəlkindən daha yaxın olduğunu təkrarlayıb.

Qeyd edək ki, “F-35” yeni nəsil döyüş təyyarələrinin istehsalı Birləşmiş Krallıq, Kanada, Avstraliya, İtaliya, Hollandiya, Danimarka və Norveç də daxil olmaqla ABŞ-nın rəhbərlik etdiyi çoxmillətli proqramdan ibarətdir.

Beşinci nəsil döyüş təyyarələri istehsal etmək qərarına gələn dünyanın 6 ölkəsi (ABŞ, Rusiya, Çin, Türkiyə, Hindistan, Yaponiya) var. Onların arasında yalnız ABŞ (F-35), Rusiya (Su-27), Çin (J20) istehsal edir. Türkiyə (KAAN) aktiv şəkildə beşinci nəsil döyüş təyyarələri haqqında düşünür.

E. KAMAL




Bölməyə aid digər xəbərlər