15:53 / 20-09-2024
Yerə asteroid yaxınlaşır
12:30 / 20-09-2024
Sabah yağış yağacaq
Bill Qeyts dünyanı iki mümkün fəlakətdən xəbərdar edir
Tarix: 12-09-2024 08:47 | Bölmə: Slayd
Bill Qeyts dünyanı iki mümkün fəlakətdən xəbərdar edir

“Microsoft” şirkətinin qurucusu Bill Qeyts ən çox qorxduğu iki mümkün fəlakətdən danışıb.

Reyting.az
xəbər verir ki, amerikalı milyarder dünyadakı həddən artıq iğtişaşların böyük müharibəyə səbəb ola biləcəyindən ehtiyat edir.

Onun sözlərinə görə, əgər dünya böyük müharibədən qaça bilsə, yəqin ki, növbəti 25 ildə daha bir pandemiya ilə üzləşəcək.

ABŞ-ı tənqid edən Qeyts bildirib ki, dünyanın liderlik etməsini və model olmasını gözlədiyi ölkə bu gözləntiləri doğrultmur.

Qeyd edək ki, Bill Geyts 2022-ci ildə “Növbəti pandemiyanın qarşısını necə ala bilərik” adlı kitab yazmış və hökumətlərə 2020-ci ildə kifayət qədər hazırlıqlı olmadıqları barədə xəbərdarlıq etmişdi.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər