İrana yeni sanksiyalar tətbiq olunacaq
Tarix: 12-09-2024 15:18 | Bölmə: Slayd
İrana yeni sanksiyalar tətbiq olunacaq

İran Rusiyaya ballistik raketlər verdiyi üçün yeni sanksiyalarla üzləşəcək. Bununla bağlı təklifi Avropa İttifaqının diplomatiya üzrə rəhbəri Josep Borrell üzv ölkələrə çatdırıb.

Reyting.az
xəbər verir ki, bunu cümə axşamı Brüsseldə keçirdiyi brifinqdə Xarici İşlər Nazirliyinin sözçüsü Piter Stano bildirib.

Stano xatırladıb ki, Avropa İttifaqı İranı ballistik raketləri Ukraynaya qarşı istifadə üçün Rusiyaya ötürməməyə çağırıb. Lakin İran bu çağırışa əməl etmir və bu səbəbdən də Avropa İttifaqının sanksiyaları ilə üzləşə bilər.

Stano deyib ki, Ali Nümayəndə Borrell məqsədyönlü tədbirlər üçün Aİ-nin üzv dövlətlərinə təkliflər təqdim edib.

O, raket ötürülməsini İranın Rusiyanın qeyri-qanuni təcavüzünə hərbi dəstəyinin artması kimi qiymətləndirib.

Qeyd edək ki, ABŞ dövlət katibi Antoni Blinken İranın Ukraynada istifadə etmək üçün Rusiyaya ballistik raketlər ötürdüyünü və Tehrana qarşı yeni sanksiyaların qaçılmaz olduğunu bildirib.

Böyük Britaniya isə artıq İran və Rusiyaya qarşı sanksiyalar paketini açıqlayıb. Bundan sonra ABŞ Maliyyə Nazirliyi də İrana yeni sanksiyalar elan edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər