NATO Ukraynaya qoşun yeritmək istəyir
Tarix: 13-09-2024 08:24 | Bölmə: Slayd
NATO Ukraynaya qoşun yeritmək istəyir

Rusiyanı Kiyevin istəyinə uyğun danışıqlara məcbur etmək üçün NATO Ukraynaya qoşun yeritməyi planlaşdırır. Bunu Rusiya Federasiyası Müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin deyib.

Reyting.az
-ın TASS-a istinadla verdiyi məlumata görə, A. Fomin bildirib ki, Kiyevə hərtərəfli hərbi yardım göstərərək onu Rusiya ərazisinə hücumlara sövq edirlər. Fominin iddiasına görə, burada məqsəd Kiyevin düsturlarına uyğun olaraq Rusiyanı zorla danışıqlara məcbur etməkdir.

Nazir müavini iddia edir ki, NATO öz qoşunlarını Ukraynaya göndərmək planı hazırlayır ki, bu da nüvə gücləri arasında birbaşa hərbi toqquşmaya gətirib çıxara biləcək təhlükəli bir oyundur.

E. KAMAL




Bölməyə aid digər xəbərlər