Milyarder kosmosa səyahət edib
Tarix: 13-09-2024 09:04 | Bölmə: Slayd
Milyarder kosmosa səyahət edib

ABŞ-nın “SpaceX” şirkətinin “Polaris Dawn” missiyası çərçivəsində kosmosa gedən milyarder iş adamı Jared İsaakman rəsmi bir qurumla əlaqəsi olmadan ilk şəxsi kosmos gəzintisini həyata keçirib.

Reyting.az
xəbər verir ki, İlon Maskın şirkəti “SpaceX”, İsaakman, eləcə də “Polaris Dawn” missiya komandası üzvləri Sarah Gillis, Anna Mennon və pilot Scott Poteetin səyahətini canlı yayımlayıb.

740 km hündürlükdə gəzinti üçün Dragon kapsulundan ipin köməyi ilə kosmosa çıxan İsaakman “Bu heyrətamizdir”,- deyib.

Daha sonra “SpaceX” mühəndislərindən Gillis kapsuldan çıxaraq kosmosda gəzib. Kosmik yürüş bir saat 46 dəqiqəyə tamamlanıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər