Ruslar Kurskda 10 yaşayış məntəqəsini azad edib
Tarix: 13-09-2024 10:53 | Bölmə: Slayd
Ruslar Kurskda 10 yaşayış məntəqəsini azad edib

Ukrayna və Rusiya ordusunun Kursk bölgəsində şiddətli döyüşləri davam edir. Rusiya uzun müddətdir bölgədə irəliləyən Ukraynaya qarşı əks-hücuma keçib.

Reyting.az
xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, son 2 gündə həyata keçirilən hücumlar zamanı Apanasovka, Byaxovo, Vişnyovka, Viktorovka, Vnezapnoye, Gordeyevka, Krasnooktybrskoye, Obuxovo, Snaqost və Desyatı Oktyabr da daxil olmaqla 10 yaşayış məntəqəsi azad edilib.

Bildirilir ki, son 24 saat ərzində ukraynalıların Fanaseyevka və Snaqost istiqamətində hücumu dəf edilib.

Qeyd olunur ki, Ukrayna ordusu 300-dən çox əsgər və 24 zirehli texnika itirib.

Həmçinin iddiaya görə, Ukrayna tərəfi Kurska hücuma başladığı 6 avqustdan bu yana 12500-dən çox əsgər, 101 tank, 42 piyada döyüş maşını, 83 zirehli personal daşıyıcısı, 669 zirehli döyüş maşını, 410 motorlu nəqliyyat vasitəsi, 92 artilleriya silahı, 7 ABŞ istehsalı olan HİMARS sistemlərini itirib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər