NATO Rusiyaya daha böyük zərbələr endirilməsinə tərəfdardır
Tarix: 16-09-2024 11:04 | Bölmə: Slayd
NATO Rusiyaya daha böyük zərbələr endirilməsinə tərəfdardır

NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer bəyan edib ki, Ukraynanın Rusiyanın daxili bölgələrinə hücum etmək hüququ olsa da, ABŞ bunu təsdiqləmir.

Reyting.az
-ın xəbərinə görə, Rob Bauer bildirib ki, hücuma məruz qalan hər bir xalqın özünü müdafiə etmək hüququ var və bu hüquq həmin ölkənin sərhədində dayanmır.

Maraqlıdır ki, bu şərh ABŞ prezidenti Co Baydenin Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr vurmaq üçün onlara təqdim etdiyi uzaqmənzilli silahlardan istifadə edib-etməməsinə icazə verib-vermədiyini qiymətləndirərkən gündəmə gəlib.

Qeyd edək ki, Vaşinqton Ukraynaya Rusiya qüvvələrinin hücumlarına qarşı transsərhəd əməliyyatlarında ABŞ silahlarından istifadəyə icazə versə də, Rusiyanın daxili bölgələrinə qarşı hücumlarda istifadəsinə qadağa tətbiq edir. Ağ evin Milli Təhlükəsizlik Kommunikasiyaları üzrə müşaviri Con Kirbi bildirib ki, Ukraynanın uzaqmənzilli raketlərdən istifadəsi ilə bağlı heç bir siyasi dəyişiklik yoxdur.

Onu da qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski müttəfiqlərinin Rusiyanın daha uzaq hava bazalarını və atış məntəqələrini hədəfə almaq üçün Qərb silahlarından istifadəyə icazə istəyir. Rusiya prezidenti Vladimir Putin isə belə bir icazənin Rusiya-NATO müharibəsi demək olduğunu bildirir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər