Sahibə Qafarova spiker seçilb - (Yenilənib)
Tarix: 23-09-2024 12:47 | Bölmə: Slayd
Sahibə Qafarova spiker seçilb - (Yenilənib)

Yeni Azərbaycan Partiyasının (YAP) yeni seçilmiş deputatlarının iclası keçirilir.

Reyting.az
-ın xəbərinə görə, iclasda parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri postuna namizədi müəyyənləşib. Bu şəxs Sahibə Qafarovadır.

Xatırladaq ki, S. Qafarova bundan əvvəl VI Çağırış Milli Məclisin sədri olub.

Qeyd edək ki, bu gün VII Çağırış Milli Məclisin ilk iclası da keçiriləcək. Milli Məclisin yeni tərkibdə ilk iclasında parlamentin sədri və onun müavinləri seçiləcək.

Onu da qeyd edək ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.(APA)

***

Bu gün Milli Məclisin yeni sədri seşilib.

Reyting.az
 xəbər verir ki, Sahibə Qafarovanın namizədliyi Milli Məclisin bu gün yeni tərkibdə keçirilən ilk iclasda irəli sürülüb. Və o, VII Milli Məclisin sədri seçilib.




Bölməyə aid digər xəbərlər
23-09-2024, 17:51 Yerin iki peyki olacaq