Rusiya ordusu Ukraynanın daha bir şəhərini mühasirəyə alır - Foto
Tarix: 25-09-2024 09:02 | Bölmə: Slayd
Rusiya ordusu Ukraynanın daha bir şəhərini mühasirəyə alır

Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Uqledar şəhərinə yaxınlaşıb. Lakin bu, çətin ki, onlara regionun qərb hissəsində növbəti hücum üçün xüsusi əməliyyat üstünlüyü versin.

Reyting.az
xəbər verir ki, Müharibə Araçdırmaları İnstitutunun (ISW) məlumatına görə, ruslar Uqledarın şimal-şərq cinahını Vodyanoyedən, cənub-qərb cinahını isə Preçistovkadan keçməyə çalışırlar. Bu yolla ruslar Ukrayna qoşunlarını mühasirəyə almağa və onları şəhəri tərk etmək məcburiyyətində qoymaq istəyirlər.

Analitiklərin fikrincə, rusların bütün Uqledarı ələ keçirməsi mümkündür, lakin onların irəliləməsinin sürəti və asanlığı qismən Ukrayna Müdafiə Qüvvələrinin qərarından asılı olacaq. Əgər onlar Uqledarı müdafiə etmək qərarına gəlsələr, ruslar iki ildir müdafiəsi gücləndirilmiş yaşayış məntəqəsi uğrunda mübarizə aparmaqda çətinlik çəkə bilər.



Rus ordusu şəhəri nisbətən tez işğal etməsə, onların Uqledarın cinahları boyunca manevrlərinə payız yağışlarının başlaması təsir göstərəcək.

ISW ekspertlərinin fikrincə, ruslar bu yaşayış məntəqəsini ələ keçirsələr belə, çətin ki, Qərb Donetsk bölgəsində hücum əməliyyatlarının gedişatını kökündən dəyişsin, çünki Uqledar xüsusilə mühüm logistika mərkəzi deyil. Üstəlik, ruslar artıq şəhərə gedən əsas yolların əksəriyyətinə nəzarət edirlər.

Bildirilir ki, Uqledarın ələ keçirilməsi rusların dərhal yeni yola çıxışını təmin etməyəcək, Ukrayna Silahlı Qüvvələrini onların maddi-texniki təminatı üçün vacib olan arteriyadan kəsməyəcək. Uqledrın potensial işğalı həm də rusların Donetsk vilayətinin qərbindəki digər hissələrində növbəti hücum əməliyyatlarına başlamaq üçün əlverişli mövqe təmin etməyəcək.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
23-09-2024, 17:51 Yerin iki peyki olacaq