Daha iki şəhidimizin dəfninə hazırlıq başlayıb - Foto
Tarix: 25-09-2024 09:56 | Bölmə: Slayd
Daha iki şəhidimizin dəfninə hazırlıq başlayıb

Daha iki itkin şəhidimiz dəfn ediləcək.

Reyting.az
xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Qeyd edilib ki, hərbçi Alıyev Vaqif Sərdar oğlunun dəfni Gəncə şəhərindəki Şəhidlər Xiyabanında, Quliyev Mirzəli Müslət oğlunun dəfni isə Xocavənd rayonu Qaradağlı kəndindəki Şəhidlər Xiyabanında olacaq.

Dəfn mərasimləri sabah həyata keçiriləcək.

Qeyd edək ki, Alıyev Vaqif Sərdar oğlu 1966-cı ildə Gədəbəy rayonunun Qoşabulaq kəndində anadan olub. 29.09.1993-cü ildə Ağdam rayonunun Sırxavənd kəndində itkin düşüb. Meyitinin qalıqları da Ağdam rayonunun Sırxavənd kəndində aşkarlanıb. Hərbçi olub.

Quliyev Mirzəli Müslət oğlu 1952-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində doğulub. 17.02.1992-ci ildə Qaradağlı kəndində itkin düşüb. Meyitinin qalıqları Xocavənd və Ağdam rayonlarının inzibati ərazilərinin kəsişdiyi yerdə aşkarlanıb. Mülki şəxs olub.





Bölməyə aid digər xəbərlər
23-09-2024, 17:51 Yerin iki peyki olacaq