00:49 / 15-06-2025
İlham Əliyev 15 iyun Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - Foto
00:16 / 15-06-2025
İranda daha bir general həlak olub
00:07 / 15-06-2025
Bu gün Milli Qurtuluş Günüdür
20:24 / 14-06-2025
Ərdoğan İlham Əliyevə zəng edib
19:00 / 14-06-2025
AZAL uçuşların sayını artırır
18:57 / 14-06-2025
İlham Əliyev krala məktub göndərib
18:19 / 14-06-2025
İranın 20-dən çox komandanı zərərsizləşdririlib
18:07 / 14-06-2025
Lənkəranda yeniyetmə dənizdə boğulub
17:50 / 14-06-2025
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
16:01 / 14-06-2025
Ceyhun Bayramov Hakan Fidanla telefonda danışıb
15:09 / 14-06-2025
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14:29 / 14-06-2025
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
13:32 / 14-06-2025
Hikmət Hacıyev: "Azərbaycan Avropa İttifaqı və Çin arasında vacib birləşdirici tərəfdir"
12:36 / 14-06-2025
Sabah yağış yağacaq
11:49 / 14-06-2025
İranın Baş Qərargah rəisinin iki müavini həlak olub
08:51 / 14-06-2025
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
08:07 / 14-06-2025
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
07:38 / 14-06-2025
Bu gün orta məktəblərdə “Son zəng” çalınacaq
23:40 / 13-06-2025
Putin Pezeşkian və Netanyahu ilə telefon danışıqları aparıb
22:31 / 13-06-2025
İran İsrailə raket hücumuna başlayıb
21:20 / 13-06-2025
Şəmkirdə iki nəfər kanalda batıb
19:03 / 13-06-2025
Müğənninin itkin düşən qardaşı oğlu tapılıb
18:49 / 13-06-2025
“Rəmzi qisas erası bitdi” - Ekspertlər İsrail-İran duelinin aqibətini necə görür?
18:29 / 13-06-2025
“Space” TV-yə xəbərdarlıq ediblər
18:23 / 13-06-2025
ABŞ İranı vurmaq üçün “yaşıl işıq” yandırıb
18:05 / 13-06-2025
Təl-Əvivdə kritik görüş başlayır
18:03 / 13-06-2025
Vilayət Eyvazov Gürcüstan DİN başçısı ilə görüşüb
17:58 / 13-06-2025
90-a yaxın mədəniyyət nümayəndəsi İrandan Azərbaycana gətiriləcək
17:43 / 13-06-2025
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13:07 / 10-06-2025

16:32 / 10-06-2025

13:40 / 11-06-2025

18:45 / 10-06-2025

11:18 / 10-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

21:06 / 11-06-2025

14:35 / 10-06-2025

08:07 / 14-06-2025

Yaxın Şərq böyük müharibənin bir addımlığındadır
Tarix: 25-09-2024 12:05 | Bölmə: Slayd

İsrail ordusu (IDF) “önləyici hərəkət” çərçivəsində Livanda yerləşən “Hizbullah” şiə təşkilatına qarşı hücuma keçib. “Qabaqlayıcı zərbələr” sentyabrın 23-də səhər saatlarında başlayıb.
"Biz “Hizbullah”ın son 20 ildə inşa etdiyi hərbi infrastruktura zərbə vururuq", - deyən ordunun Baş Qərargah rəisi Herzi Halevi, İsrail ordusunun münaqişənin növbəti mərhələlərinə hazırlaşdığını bildirib.
Reyting.az xəbər verir ki, bu barədə “Regnum” yazıb.
Rusiya nəşrinin təhlilində qeyd olunur ki, “Hizbullah” nümayəndələri İsrailin Hayfa şəhərinin şimalındakı sənaye kompleksinə raket zərbələri endirdiklərini açıqlayıblar:
Sentyabrın 24-nə keçən gecə baş verən hücum Beyrutda peycerlərin partladılmasına cavab adlandırılıb. Bundan əlavə, şiə hərəkatı gecə ərzində İsrailin şimalındakı Meqiddo hava limanına üç dəfə hücum edib.
Eyni zamanda, “Hizbullah” sentyabrın 21-də uzaqmənzilli raketlər arsenalından istifadə edərək İsrail ərazisinə hücuma başlayıb. Hücumların hədəfi İsrail ordusunun hərbi obyektləri olub. Qrupun açıqlamasına görə, hücumlarda “Fadi-1” və “Fadi-2” raketlərindən istifadə edilib. Böyük ehtimalla, bu sursat Livana Suriyadan gətirilib.
Hərbi ekspert və “ImpNavigator” bloqunun müəllifi Yuri Lyamin “Regnum”-a şərhində bildirib:
“Əslində, heç kim Suriyanın bu raket sursatlarını “Hizbullah”a çatdırdığını gizlətməyib. Onlar ilk dəfə 2006-cı ildə, İkinci Livan müharibəsi zamanı istifadə edilib. Üstəlik, Suriyada vətəndaş müharibəsi zamanı hökumət qoşunları onlardan praktiki olaraq istifadə etməyib, buna görə də İsraillə yeni müharibə olacağı təqdirdə Suriya ərazisində istehsal edilən hər şey Livana gedirdi”.
220 mm-lik “Fadi-1” 70 kilometrə qədər məsafədəki hədəfləri vurmaq üçün nəzərdə tutulub. Raket başlığının kütləsi 83 kiloqramdır. “Fadi-2” sinif raketləri 302 mm çapa malikdir, çəkisi 100-dən çox (bəzi mənbələrə görə 150 kiloqramdan çox) döyüş başlığı daşıyır və 100 kilometrə qədər məsafəyə zərbə endirmək üçün nəzərdə tutulub.
İsrail kəşfiyyat xidmətlərinin məlumatına görə, “Fadi” sinifli raketlər 2000-ci illərin əvvəllərində Çinin “WS-1” raketləri əsasında Suriyada hazırlanmış “Xeybər-1” raketlərinin modifikasiyasıdır.
İsrail dəfələrlə Suriyadan raket tədarükünü dayandırmağa cəhd göstərib və Suriyanın hərbi müəssisələrinə hücum edib. Sentyabrın əvvəlində İsrail Hərbi Hava Qüvvələri Suriyanın Həma əyalətinin Masyaf şəhəri yaxınlığındakı hərbi obyektə hücum edib. Ehtimallara görə, bu obyektdə “Fadi” raketlərinin istehsalı həyata keçirilib.
Ancaq Yuri Lyamin əmindir ki, İsrail Suriyadan sursat tədarükünü tamamilə dayandıra bilmir:
“Suriya ilə Livan arasındakı sərhədin uzunluğu yüzlərlə kilometrdir. Üstəlik, əlçatmaz dağ silsilələrindən keçir. İsrail nəyisə ört-basdır edib məhv etməyi bacarır, amma Suriya böyükdür, raketləri gizlətmək üçün yerlər və çoxlu təchizat yolları var”.
Eyni zamanda, Suriya “Hizbullah”ın əsas müttəfiqi İrandan Livana gedən daha təkmil raketlərin tədarük yolundan keçir.
Zərbə üçün hədəflər
“Hizbullah” və İsrail arasında hazırkı gərginlik 2023-cü ilin oktyabrında başlayıb. Livan qruplaşması Qəzza zolağı və Fələstinin HƏMAS qruplaşmasına dəstək əlaməti olaraq İsrail ərazisini atəşə tutub.
Əvvəlcə “Hizbullah” yalnız “Dəmir Qübbə” raketdən müdafiə sistemi ilə yaxınlaşanda məhv edilən idarə olunmayan raketlərin “yaylı atəşi” ilə İsrail ərazisini atəşə tutmaqla kifayətlənib. Bu cür xoş fikir mübadiləsi ümumiyyətlə hər iki tərəfə uyğundur, çünki bu, bir tərəfdən “Fələstin müqaviməti”nə dəstək görüntüsünü qoruyub saxlamağa imkan verir, digər tərəfdən isə münaqişəni gərginliyin yeni səviyyəsinə qaldırmır, çünki atəşlər mülki əhali arasında itkilərə səbəb olmur.
Eyni zamanda, atışmanın həm də strateji məqsədi var: mümkün olduqca İsrailin hava hücumundan müdafiə/raketdən müdafiə raketlərinin ehtiyatlarını tükəndirmək.
Hərbi ekspert Aleksandr Mixaylovski “Regnum”-a şərhində deyib ki, münaqişənin ilkin mərhələsində belə bir məqsədin qoyulması tamamilə mümkündür:
“Təmas xətti boyunca - İsrail və Livan arasında faktiki sərhəd olmadığı üçün - yəqin ki, 80-dən 122 mm-ə qədər çaplı yüzlərlə buraxılış qurğusu gizlədilib. Onlar torpağa basdırılır, mağaralarda gizlədilir və kamuflyaj edilir. Onları tapmaq olduqca çətindir. Eyni zamanda, “Allah kimə qarşı göndərirsə” prinsipi ilə atılan 50-100 raketin buraxılması, məsələn, artıq konkret hədəf üzərində işləyən pilotsuz təyyarənin buraxılışını əhatə etməyə imkan verir”.
2024-cü ilin yayında “Hizbullah” “Dəmir Qübbə”ni yarmış kəşfiyyat çəkilşinin görüntülərini nümayiş etdirdi. PUA-lar İsrail Hərbi Dəniz Qüvvələrinin Hayfadakı bazasını, eləcə də ölkənin şimal bölgələrindəki bir sıra hərbi obyektləri kameranın yaddaşına salıb. Daha sonra onlar iri çaplı raketlərin hücumları üçün hədəfə çevrildilər. Amma mərmilərin vurduğu ziyanı qiymətləndirmək kifayət qədər çətindir.
“İsrail kəşfiyyat xidmətləri hərbi hədəflərə raket hücumları ilə bağlı istənilən məlumatları gizli saxlayır və “Hizbullah” uğurlarını şişirtməyi sevir. Beləliklə, çox güman ki, onlar müəyyən edilmiş obyektlərə zərər verir, lakin bu, məhduddur. Lakin bu, ilkin qiymətləndirmə ola bilər və əsas zərbələr hələ qabaqdadır”, - Mixaylovski hesab edir.
Bənzər bir qiymətləndirməni İsrailə qarşı daha genişmiqyaslı hücumları proqnozlaşdıran və İsrailin mərkəzi bölgələrinə çata bilən ballistik raketlərin istifadəsinə işarə edən ərəb mediası edib.
Müasir cəbbəxana
İsrail kəşfiyyat xidmətləri dəfələrlə “Hizbullah”ın çoxlu sayda müxtəlif tipli raketlərlə silahlandığını bəyan edib. “Alma” tədqiqat mərkəzinin məlumatına görə, hərəkat 200 kilometr məsafədəki hədəfləri vura bilən 5 minə yaxın uzun və orta mənzilli raket, 65 min yaxın mənzilli raket (təsirə məruz qalan ərazi 45 kilometrdən 200 kilometrə qədərdir) və 145 minə yaxın artilleriyaya (20 km məsafədəki hədəf) malikdir.
“Hizbullah” rəsmiləri öz arsenalının həcmini açıqlamayıblar. Lakin bəzən hərəkatın media resurslarında müəyyən silah növlərinin görüntüləri dərc olunur.
Qrupun cəbbəxanalarından onlayn yayımlanan fotolardan birində döyüş başlığı 600 kiloqram, uçuş məsafəsi 200 kilometrə qədər olan “Muşak-200” raketləri əks olunub. Ehtimal ki, bu raketlər İranın “Zelzal-2” raketlərinin surətidir.
“İran heç vaxt “Hizbullah”ı silahla təmin etdiyini gizlətməyib. İsrail Suriyadan keçən tədarük marşrutu boyunca, məsələn, Suriya Hərbi Hava Qüvvələrinin hava bazalarında silah daşımalarını məhv etməyə cəhd göstərib. Ancaq burada yenə də bütün tədarükləri ələ keçirmək fiziki cəhətdən mümkün deyil, ərazilər çox böyükdür”, - Y. Lyamin qeyd edir.
Raketin adı Qurani-Kərimin "Zəlzələ" surəsinə istinad edir ki, burada dünyanın sonu baş verən hadisələri təsvir edir. Başqa sözlə, ad potensial düşmən üçün çox konkret xəbərdarlıqdır.
Nəzəri olaraq, “Hizbullah” 250 kilometrə qədər mənzilli “Zelzal-3” raketləri ilə də silahlana bilər. “Israel Hayoum”un gümanına görə, “Hizbullah”ın arsenalında M-600 kimi tanınan və 300 kilometrə qədər mənzilli “Fateh-100” raketləri var.
Başqa sözlə, “Hizbullah” İsrail ərazisinin böyük hissəsini vurmağa qadirdir, buna görə də IDF komandanlığının “şimaldan gələn təhlükə” ilə bağlı narahatlığı əsaslıdır.
İsrail “bufer zona” yaratmağa çalışır
Ənənəvi olaraq, “Hizbullah”ın əsas fəaliyyət sahələri Livanın cənubunun ərazisi, həmçinin şiə müsəlman icması nümayəndələrinin yaşadığı Beyrut və onun ətraf ərazilərinin bir hissəsi hesab olunur.
Raketlərin tədarükünü poza bilməyən İsrail ordusu “Hizbullah”ın infrastrukturunu və hərəkatın əsas bazalarını məhv etməyi planlaşdırır.
Əvvəllər IDF komandanlığı dəfələrlə bəyan edib ki, Livandakı əməliyyatın məqsədi Livan və İsrail sərhədi boyunca 20-30 kilometr uzunluğunda “bufer zona”nın yaradılması olmalıdır. “Hizbullah”ın əksər hərbi obyektləri, yeraltı sığınacaqları və raket arsenalları məhz burada yerləşir.
İsrail əsgərləri bu yolla ölkənin şimal rayonlarını raket hücumu təhlükəsindən qorumağı planlaşdırır. Ancaq bunun uğurlu olub-olmayacağı böyük sualdır.
Y. QACAR
Bölməyə aid digər xəbərlər

Dünən, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
Dünən, 14:29
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
Dünən, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 22:31
İran İsrailə raket hücumuna başlayıb
13-06-2025, 17:58
90-a yaxın mədəniyyət nümayəndəsi İrandan Azərbaycana gətiriləcək
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 17:06
Laçın şəhərinin Baş planı təsdiqlənib
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb