İlk köç karvanı Cəbrayıl şəhərinə çatıb - (Yenilənib)
Tarix: 26-09-2024 12:34 | Bölmə: Slayd
İlk köç karvanı Cəbrayıl şəhərinə çatıb - (Yenilənib)

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan Cəbrayıl şəhərinə yola salınıb.

Reyting.az
xəbər verir ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə ilkin olaraq 36 ailə - 117 nəfər köçürülüb.

Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

***

Bakı şəhərinin Qaradağ rayonundan yola salınan köç karvanı Cəbrayıl şəhərinə çatıb.

Reyting.az
xəbər verir ki, şəhərdə sakinlərin qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, ilkin olaraq Cəbrayıl şəhərinə 36 ailə – 117 nəfər köçürülüb




Bölməyə aid digər xəbərlər
23-09-2024, 17:51 Yerin iki peyki olacaq