Ölkələr təcili atəşkəs tələb edir - Bəyanat
Tarix: 26-09-2024 08:15 | Bölmə: Slayd
Ölkələr təcili atəşkəs tələb edir

İsrail-Livan qarşıdurmasının dayandırılması və diplomatiyaya meydan verilməsi üçün 21 günlük fövqəladə atəşkəsin vacibliyi bildirilir.

Reyting.az
xəbər verir ki, belə bir bəyanatı ABŞ və Fransa başda olmaqla bir neçə ölkə imzalayıb.

Ağ evin yazılı açıqlamasında qeyd olunur ki, ABŞ və Fransanın İsrail-Livan sərhədində atəşkəs çağırışını Avropa Birliyi, Avstraliya, Kanada, Almaniya, İtaliya, Yaponiya, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də dəstəkləyir.

“Livan və İsrail arasında 2023-cü il oktyabrın 8-dən bəri davam edən vəziyyət dözülməzdir və regional gərginliyin daha da artması üçün qəbuledilməz risk yaradır. Bu vəziyyət heç kimin - nə İsrailin, nə də Livan xalqının marağındadır”, - birgə bəyanatda deyilir.

Bəyanatda sərhədin hər iki tərəfindəki mülki şəxslərin evlərinə qayıtmalarını təmin edəcək diplomatik razılaşmanın vaxtının çatdığı vurğulanır: “Bu qarşıdurmada gərginlik yüksək olduqda diplomatiya uğurlu ola bilməz. Bu səbəbdən, biz diplomatiyaya yer açmaq üçün İsrail-Livan sərhədində təcili 21 günlük atəşkəsə çağırırıq”.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə uyğun olaraq İsrail və Livan administrasiyaları bu müvəqqəti atəşkəs təklifini dəstəkləməyə çağırılır və hazırda bölgədə diplomatiyaya ehtiyac olduğu qeyd edilir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
23-09-2024, 17:51 Yerin iki peyki olacaq