00:49 / 15-06-2025
İlham Əliyev 15 iyun Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - Foto
00:16 / 15-06-2025
İranda daha bir general həlak olub
00:07 / 15-06-2025
Bu gün Milli Qurtuluş Günüdür
20:24 / 14-06-2025
Ərdoğan İlham Əliyevə zəng edib
19:00 / 14-06-2025
AZAL uçuşların sayını artırır
18:57 / 14-06-2025
İlham Əliyev krala məktub göndərib
18:19 / 14-06-2025
İranın 20-dən çox komandanı zərərsizləşdririlib
18:07 / 14-06-2025
Lənkəranda yeniyetmə dənizdə boğulub
17:50 / 14-06-2025
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
16:01 / 14-06-2025
Ceyhun Bayramov Hakan Fidanla telefonda danışıb
15:09 / 14-06-2025
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14:29 / 14-06-2025
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
13:32 / 14-06-2025
Hikmət Hacıyev: "Azərbaycan Avropa İttifaqı və Çin arasında vacib birləşdirici tərəfdir"
12:36 / 14-06-2025
Sabah yağış yağacaq
11:49 / 14-06-2025
İranın Baş Qərargah rəisinin iki müavini həlak olub
08:51 / 14-06-2025
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
08:07 / 14-06-2025
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
07:38 / 14-06-2025
Bu gün orta məktəblərdə “Son zəng” çalınacaq
23:40 / 13-06-2025
Putin Pezeşkian və Netanyahu ilə telefon danışıqları aparıb
22:31 / 13-06-2025
İran İsrailə raket hücumuna başlayıb
21:20 / 13-06-2025
Şəmkirdə iki nəfər kanalda batıb
19:03 / 13-06-2025
Müğənninin itkin düşən qardaşı oğlu tapılıb
18:49 / 13-06-2025
“Rəmzi qisas erası bitdi” - Ekspertlər İsrail-İran duelinin aqibətini necə görür?
18:29 / 13-06-2025
“Space” TV-yə xəbərdarlıq ediblər
18:23 / 13-06-2025
ABŞ İranı vurmaq üçün “yaşıl işıq” yandırıb
18:05 / 13-06-2025
Təl-Əvivdə kritik görüş başlayır
18:03 / 13-06-2025
Vilayət Eyvazov Gürcüstan DİN başçısı ilə görüşüb
17:58 / 13-06-2025
90-a yaxın mədəniyyət nümayəndəsi İrandan Azərbaycana gətiriləcək
17:43 / 13-06-2025
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13:07 / 10-06-2025

16:32 / 10-06-2025

13:40 / 11-06-2025

18:45 / 10-06-2025

11:18 / 10-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

21:06 / 11-06-2025

14:35 / 10-06-2025

08:07 / 14-06-2025

İranda Rusiyaya qəzəb artır: səbəb yalnız Zəngəzur dəhlizidir?
Tarix: 26-09-2024 13:28 | Bölmə: Slayd

Azərbaycanı öz Naxçıvan anklavı ilə birləşdirən mübahisəli dəhlizə Rusiyanın açıq-aydın dəstəyi Tehranda qəzəb doğurub. İran uzun müddətdir ki, təklif olunan marşrutun əleyhinədir, çünki bu, ölkənin Ermənistanla quru əlaqəsini kəsəcək.
Moskva və Tehran arasındakı gərginlik, Rusiyanın Ukraynaya təcavüzündən sonra (hər iki tərəfin görünməmiş hərbi əməkdaşlığı inkişaf etdirməsinə baxmayaraq), hələ də davam edən mübahisəli məqamları vurğulayır. İslam Respublikası Kremllə güclü əlaqələrə üstünlük verir, amma İranın yeni islahatçılar hökuməti ilə Qərb arasında əlaqədə əhəmiyyətli irəliləyiş olarsa, gərginlik daha da artacaq.
Reyting.az xəbər verir ki, bu barədə “Amwaj/Media” yazıb.
Təhlildə qeyd olunur:
İran XİN-nin Avrasiya Departamentinin baş direktoru Moctəba Dəmirçulu sentyabrın 2-də İranın Cənubi Qafqazın geosiyasi mənzərəsindəki hər hansı dəyişikliyə qarşı olduğunu bildirmək üçün Rusiya səfirini nazirliyə çağırıb.
Dəmirçulu deyib ki, İran beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinə qarşıdır. O, daha sonra vurğulayıb ki, milli suverenliyə və ərazi bütövlüyünə hörmət regionda “davamlı sülh və regional əməkdaşlıq” üçün açardır.
Xarici işlər naziri Abbas Əraqçi sentyabrın 2-də Rusiya ilə gərginliyin artmasına işarə edərək, “regional sülh, təhlükəsizlik və sabitlik sadəcə, bir üstünlük deyil, həm də milli təhlükəsizliyimizin sütunudur”,- deyib və əlavə edib ki, “ərazi bütövlüyünə hər hansı təhdid qonşularımız və ya sərhədlərin yenidən cızılması tamamilə qəbuledilməz və İran üçün qırmızı xətdir”.
Bu, Rusiyanın xarici işlər naziri Sergey Lavrov avqustun 19-da verdiyi müsahibədə İrəvanı Ermənistanın cənubundakı Sünik vilayəti vasitəsilə Azərbaycan və onun Naxçıvan anklavı arasında nəqliyyat əlaqələrinin açılmasına dair Moskvanın vasitəçiliyi ilə əldə edilmiş sövdələşməni “sabotaj etməkdə” ittiham etməsindən sonra baş verib.
Lavrovun bəyanatı Rusiya prezidenti Vladimir Putinin Bakıda azərbaycanlı vəzifədaşı İlham Əliyevlə görüşü zamanı səsləndirilib. Erməni deputatlardan birinin sözlərinə görə, Zəngəzur dəhlizi də gündəmdə olub.
Putinin Bakıya səfəri Ermənistanın Avropaya, xüsusən də Fransaya doğru sürüklənməsi və Moskva-İrəvan münasibətlərinin pisləşməsi fonunda baş tutub.
10 gün sonra, avqustun 29-da Rusiya İranın dəhlizin tikintisi ilə bağlı narahatlığından xəbərdar olduğunu bildirib. Ancaq bu, yeni Məsud Pezeşkian administrasiyasının Rusiya elçisini Tehranda qarşılamağa mane olmayıb.
Lavrov və Putinin manevri İran mediasında, o cümlədən adətən Rusiya ilə daha güclü əlaqələri dəstəkləyən sərt mövqeli KİV-lərdə pis qarşılanıb.
İslahatçı gündəlik “Arman-e Emrouz” avqustun 31-də Rusiyanın “İran sərhədləri” ilə bağlı “xəyali plan qurduğunu” bildirib və Moskvanın Zəngəzur dəhlizinə dair açıq-aydın dəyişən mövqeyini “ciddi təhlükə” adlandırıb. Qəzet, həmçinin, baş məqaləsində Moskvanın manevrini “Rusiyanın İrana qarşı geosiyasi çevrilişi” kimi dəyərləndirib.
İslahatçı nəşr “Entekhab” Rusiyanın “İranın geosiyasi boğulmasına yaşıl işıq yandırıb-yaxmadığını” sorğulayıb.
Geniş tənqidi məqalədə sərt mövqeli “Təsnim” Rusiyaya "xəyali" dəhliz fikrindən yayınmağı tövsiyə edib. O, həmçinin Rusiya XİN-ni Moskvanın tranzit layihəsi vasitəsilə “Ermənistanla problemlərini həll edə biləcəyini” düşünərək “səhvdən əziyyət çəkməkdə” ittiham edib.
Sentyabrın 1-də politoloq Əli Biqdeli mötədil xəbərlər saytı “Fararu”da deyib ki, bu dəhliz “Putinin Türkiyə və Azərbaycana hədiyyəsidir”. O, “Rusiya növbəti dəfə öz maraqlarını İranın maraqlarından üstün tutmasından” şikayətlənib. “Jamaran” xəbər saytı da eyni fikri səsləndirib.
Mühafizəkar “Moj” xəbər saytı Pezeşkian administrasiyasına sanksiyaların aradan qaldırılması üçün “bütün ümidlərini Avropa ilə danışıqlara bağlamamağı” tövsiyə edib.
Nəşr yazır ki, İranın yeni hökuməti Qafqaza diqqət yetirməli və ölkənin bu regiondakı maraqlarını qorumalıdır.
İranlılar sosial şəbəkələrdə Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyini sərt tənqid ediblər.
Tarixçi və sənədli film prodüseri Hüseyn Dehbaşi “X” hesabında Moskvanı mütəmadi olaraq “sədaqətsizlikdə” və İrana arxadan “xəncər” vurmaqda ittiham edib. O, həmçinin Ukraynanın işğalı fonunda Rusiyaya PUA tədarükünü şübhə altına alıb.
Mötədil keçmiş millət vəkili Əli Mütəhhəri İranın yeni hökumətinin Sünikdən keçən marşrutun yaranmasına “həssas” olması barədə xəbərdarlıq edərək, bunun İranın Ermənistan və bununla da Avropa ilə əlaqəsini pozacağı barədə xəbərdarlıq edib:
“Rusiya heç vaxt İranın maraqlarını düşünməyib, xüsusən də Ukrayna məsələsinə başı qarışdığı bu gün”.
Mərhum mühafizəkar prezident İbrahim Rəisinin (2021-24) dövründə İran Rusiya ilə getdikcə daha da yaxınlaşıb.
Ali Rəhbər Ayətullah Xamnəinin irəli sürdüyü “Şərqə baxış” siyasətinin bir hissəsi olaraq, İran son illərdə Çin və Rusiya ilə inkişaf etməkdə olan iqtisadi tərəfdaşlığı yüksək qiymətləndirib.
İranın Rusiya ilə müdafiə və təhlükəsizlik əməkdaşlığı 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlaması ilə əhəmiyyətli dərəcədə artıb. Əməkdaşlıqda əsas Tehranın PUA tədarükü olub.
Bu vaxtadək görünməmiş hərbi əməkdaşlığa baxmayaraq, Rusiya həssas geosiyasi məsələlərdə İranın tərəfini tutmamaqdan çəkinmir və bu, Tehranı çox narahat edir.
İranın XİN Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələri və Rusiyanın İranın Əbu Musa, Böyük Tonb və Kiçik Tonb adaları üzərində iddiasına etiraz edən birgə bəyanatına etiraz etmək üçün 2023-cü ilin iyulunda Rusiya səfirini nazirliyə çağırıb.
Həm İran, həm də Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sahiblik iddiasında olsalar da, sözügedən adalar 1971-ci ildən, BƏƏ yaradılmazdan əvvəl İranın nəzarətindədir.
Moskvada keçirilən Körfəz Əməkdaşlıq Şurası-Rusiya görüşündən sonra verilən 2023-cü il bəyanatı BƏƏ-nin adalarla bağlı “dinc yolla həllinə” nail olmaq səylərini dəstəkləyib. Çin də 2022-ci ilin dekabrında oxşar məsələyə görə Tehranla “qaynar qazan”a düşüb.
İran və Rusiya uzun müddətdir Cənubi Qafqazda nüfuz rəqabəti aparır. Bu rəqabət Sovet İttifaqının dağılmasından sonra güclənib və hər iki dövlət öz geosiyasi imkanlarını genişləndirməyə can atır.
Bakının Qarabağ üzərində nəzarəti ələ keçirməsi ilə nəticələnən 2020-ci ilin Ermənistan-Azərbaycan müharibəsi dinamikanın dəyişməsi ilə nəticələnib. Rusiya atəşkəs üçün vasitəçilik edib, lakin onun sülhməramlı rolu Ermənistanda bəyənilməyib.
Münaqişə zamanı Rusiyanın mövqeyindən məyus olan Ermənistan Parisin verdiyi dəstək üçün getdikcə daha çox Qərbə və xüsusən də Fransaya boylanır.
İran və Fransa erməni məsələsində nadir sayıla biləcək ortaq dil tapıb. Hər ikisi Zəngəzur dəhlizini regional sabitliyə təhdid hesab edir.
Pezeşkian administrasiyası Qərblə əlaqə qurmaq arzusunu nümayiş etdirib. Bu, rəsmi olaraq Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) kimi tanınan 2015-ci ilin nüvə sazişinin yenidən işlənmiş versiyası üzrə dialoqa səbəb ola bilər.
Tənqidçilər Rusiyanın JCPOA-nın canlanmasında maraqlı olmadığını, İranı və Qərbi gərginlik dövrəsində saxlamağa üstünlük verdiyini deyirlər. Bəzi müşahidəçilərin fikrincə, bu dinamika Ukrayna müharibəsi və Qərbin Moskvaya qarşı sanksiyalarını yenidən gücləndirib.
Qərbin tələblərinə cavab verərsə, İranla Qərb arasında razılaşma ola, Rusiyanın, Tehranla əlaqələrini məhdudlaşdırması baş verə bilər.
İran Rusiyanı əsas tərəfdaş kimi görür, lakin Lavrov və Putinin Zəngəzur dəhlizi ilə bağlı son şərhləri və onların verdiyi reaksiyalar İranın Rusiyaya qarşı davamlı inamsızlığını əks etdirir.
Tehranda yenidən canlanan islahat tərəfdarları uzun müddətdir Rusiyanın uzunmüddətli tərəfdaş kimi etibarlılığına şübhə ilə yanaşırlar. Bu, sərt xətt tərəfdarlarının Moskva ilə daha sıx əlaqələrin qurulması tərəfdarı olduğu bir vaxtdır. Rusiyanın Zəngəzur layihəsinə açıq-aydın dəstəyi ilə bağlı reaksiyalar Moskvanı narahat edə bilər.
Y. QACAR
Bölməyə aid digər xəbərlər

Dünən, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
Dünən, 14:29
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
Dünən, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 22:31
İran İsrailə raket hücumuna başlayıb
13-06-2025, 17:58
90-a yaxın mədəniyyət nümayəndəsi İrandan Azərbaycana gətiriləcək
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 17:06
Laçın şəhərinin Baş planı təsdiqlənib
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb