“Hizbullah” daxilində İrana qarşı böyük qəzəb yaranıb - Foto
Tarix: 30-09-2024 09:02 | Bölmə: Slayd
“Hizbullah” daxilində İrana qarşı böyük qəzəb yaranıb

İsrail “Hizbullah”ın baş katibi Həsən Nəsrullahı öldürdükdən sonra Livanda gərginlik azalmır. Üstəlik, İsrail bu yaxınlarda “Hizbullah”ın Mərkəzi Şurasının üzvü Nebil Kavuku da öldürüb. Məlumata görə, hücumlar səbəbindən Beyruta və Livanın şimalına kütləvi miqrasiya axını var.

Reyting.az
xəbər verir ki, İsrail aviasiyası Livanın şimal və cənub bölgələrini, xüsusilə Dahiyəni bombalayır.

Ötən gün şimaldakı Beka Balbek bölgəsinə edilən hücumda bir qadının dağıntılar altında uşaq dünyaya gətirdiyi, ancaq körpə ilə ananın həyatını itirdikləri qeyd edilib. Xüsusilə Beyrutun Dahiye bölgəsində gün ərzində tez-tez tüstü görünür.



Həsən Nəsrullahın qətlindən sonra “Hizbullah” daxilində İrana qarşı böyük qəzəb yarandığı qeyd edilir. “Hizbullah” üzvləri hesab edirlər ki, İran onlara kürəyindən bıçaq zərbəsi vuraraq xəyanət edib. Hətta iş o yerə çatıb ki, bəzi şəxslər sosial media hesablarında İran və İsrail bayraqları qarşısında masa ətrafında toplaşan hər iki ölkənin süni intellekt görüntülərini paylaşır və “Qardaşlar serialından” ifadələr işlədirlər. İranın ABŞ və İsraillə əməkdaşlıq etdiyini düşünən bəzi “Hizbullah” üzvləri öz reaksiyalarını bu şəkildə bildirirlər.

Hazırda “Hizbullah” üzvləri liderlərinin ölümü səbəbindən böyük depressiyadadır. Bir tərəfdən Nəsrullahın dəfn mərasiminin nə vaxt keçiriləcəyi qeyri-müəyyən olaraq qalır, digər tərəfdən isə yeni liderin kim ola biləcəyi müzakirə olunur.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
3-10-2024, 09:45 Leysan və qar yağıb

{sape_links}{sape_article}