Rus ordusu yenidən Kiyevə hücum edib
Tarix: 30-09-2024 09:48 | Bölmə: Slayd
Rus ordusu yenidən Kiyevə hücum edib

Sentyabrın son gecəsi Rusiya “Şahed” model dronlardan istifadə etməklə Ukrayna paytaxtı Kiyevə ay ərzində dördüncü hücumunu həyata keçirib.

Reyting.az
xəbər verir ki, Kiyev Şəhər Hərbi Adminstrasiyası gecə saatlarında rus pilotsuz təyyarələrinin müxtəlif istiqamətlərdən dalğalarla gəldiyini qeyd edib.

Məlumata görə, paytaxta hava hücumu xəbərdarlığı 5 saatdan çox davam edib, Kiyevi təhdid edən bütün Rusiya dronları hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən zərərsizləşdirilib.

İlkin məlumatda bildirilir ki, Ukraynanın paytaxtına pilotsuz təyyarələrin hücumu və vurulması zamanı dağıntı və tələfat olmayıb.

Qeyd edək ki, bu gecə Kiyevdə hava hücumu xəbərdarlığı saat 1:06-da başlayıb və səhər saat 6:09-a qədər davam edib.

Rus ordusu şəhəri həm pilotsuz təyyarələr, həm də raketlərlə bir neçə dəfə vurub. Səhər saat 5 radələrində Kiyev meri Vitali Kliçko şəhərin yuxarısında və yaxınlığında səmada düşmənin pilotsuz təyyarələrinin olduğunu bildirib. Paytaxt rəhbəri əlavə edib ki, Kiyevin Obolonski rayonunda hava hücumundan müdafiə qüvvələri işləyir.

ELÇİN





Bölməyə aid digər xəbərlər
3-10-2024, 09:45 Leysan və qar yağıb

{sape_links}{sape_article}