Zahid Oruc yeni konstitusiyanın qəbulunu mümkün sayır
Tarix: 23-01-2025 10:54 | Bölmə: Slayd
Zahid Oruc yeni konstitusiyanın qəbulunu mümkün sayır

“Konstitusiya və Suverenlik İli” çərçivəsində müxtəlif yerli və beynəlxalq təşkilatlarla ardıcıl görüşlər keçiriləcək və müzakirələr təşkil ediləcək.

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.

Komitə sədri bildirib ki, "Konstitusiya və Suverenlik İli” çərçivəsində qarşıda bir çox çağırışlar, baxışlar var: “Bu çağırışlar arasında yeni referendumun keçirilməsi də var. Konstitusiya dövlət quruculuğunun Baş Planıdır, bu anlamda Zəfər Konstitusiyasının qəbul olunması da mümkündür. Yeni konstitusion quruluşlar məsələsi parlamentdə tez-tez qaldırılır. İcra hakimiyyətləri sistemi ilə paralel xüsusi nümayəndəlik institutu formalaşıb. Bu, artıq tək azad edilmiş ərazilərdə deyil, həm də Naxçıvanda tətbiq olunur”.(APA)




Bölməyə aid digər xəbərlər