Prokurorun olduğu avtomobil qəzaya uğrayıb - (Yenilənib)
Tarix: 17-03-2025 14:51 | Bölmə: Slayd
Prokurorun olduğu avtomobil qəzaya uğrayıb - (Yenilənib)

Xızı rayonu ərazisində “Niva” və “Toyota Camry” markalı avtomobillərin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Reyting.az
-ın məlumatına görə, Baş Prokurorluğun Mətbuat xidmətindən bildiriblər ki, hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, o cümlədən “Toyota Camry” markalı avtomobilin içərisində sərnişin qismində olmuş Xızı rayon prokuroru Xəyalə Aslanova müxtəlif dərəcəli bədən xərarəti alıb.

Zərərçəkmiş şəxslərin vəziyyəti qənaətbəxşdir və hazırda xəstəxanada müalicələri davam etdirilir.

Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Xızı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə bu gün saat 10:30 radələrində Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına müxtəlif bədən xəsarətləri ilə hospitalizasiya olunan şəxslərə ilkin tibbi yardımlar göstərilib.

Reyting.az
xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildiriblər.

Qeyd olunub ki, 2 nəfər daha ixtisaslı tibbi xidmət almaq üçün Bakıdakı tibb müəssisəsinə təxliyə olunub.

Xəsarət alanların hər birinin hazırda ətraflı diaqnostik müayinələri aparılır.




Bölməyə aid digər xəbərlər