15:19 / 17-03-2025
Müğənni həbs edilib
Macarıstan Ukraynaya hərbi yardım təkliflərini dəstəkləməyəcək
Tarix: 17-03-2025 12:06 | Bölmə: Dünya
Macarıstan Ukraynaya hərbi yardım təkliflərini dəstəkləməyəcək

Macarıstan Avropa İttifaqının (Aİ) xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasında Ukraynaya avropalı vergi ödəyiciləri hesabına hərbi yardımın davam etdirilməsinə qarşı çıxış edəcək. Bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Aİ-dən olan həmkarları ilə görüş üçün Belçikanın paytaxtına yola düşərkən deyib.

Reyting.az
-ın məlumatına görə, P. Siyarto qeyd edib ki, bu gün Ukraynaya avropalı vergi ödəyiciləri hesabına milyardlarla avro və ya silah verilməsi ilə bağlı bir neçə təklif Brüsseldə gündəmdə olacaq.

Bundan əlavə, Siyarto “Facebook” hesabında qeyd edib ki, hərbi əməliyyatları dəstəkləməyə və sülh danışıqlarının uğuruna töhfə verməyə yönəlmiş təkliflərə qarşı çıxmaq üçün Brüsselə gedir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər