Prezident baş prokuror təyin edib - Sərəncam
Tarix: 01-05-2025 16:35 | Bölmə: Slayd
Prezident baş prokuror təyin edib

Kamran Əliyev yenidən Azərbaycan Respublikasının Baş prokuroru təyin edilib.

Reyting.az
-ın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, "Prokurorluq haqqında" qanunun 16-cı maddəsinə əsasən, Azərbaycan Respublikası Baş prokurorunun səlahiyyət müddəti 5 ildir. Kamran Əliyev 1 may 2020-ci ildə paş prokuror təyin edilmişdi.

Konstitusiyaya əsasən, Azərbaycan Respublikasının Prezidentinin təqdimatına əsasən, Milli Məclis Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir. Bu gün Milli Məclisin iclasında “Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb və parlament Kamran Əliyevin baş prokuror təyin olunmasına razılıq verib.




Bölməyə aid digər xəbərlər
25-04-2025, 10:13 Kibertəhlükə artır - Video