18:26 / 03-06-2025
Baş nazir istefa verib
15:36 / 03-06-2025
Xankəndiyə dolu düşüb
12:59 / 03-06-2025
Sabah yağış yağacaq
Şəhidimiz Suraxanıda dəfn olunub - (Yenilənib) - Foto
Tarix: 03-06-2025 11:57 | Bölmə: Slayd
Şəhidimiz Suraxanıda dəfn olunub - (Yenilənib)

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha bir şəhid dəfn olunacaq.

Reyting.az
xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

İtkin-şəhid hərbçi İbrahimov Sahil Nurəddin oğludur.

Onun nəşinin qalıqları sabah saat 12.00-da Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsinin qəbiristanlığında dəfn olunacaq.

***

Birinci Qarabağ müharibəsində itkin düşmüş və nəşinin qalıqları 32 il sonra tapılan Sahil Nurəddin oğlu İbrahimov bu gün dəfn olunub.

Reyting.az
xəbər verir ki, şəhidin ailə üzvlərinə məxsus evdə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsinin qəbiristanlığında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!





Bölməyə aid digər xəbərlər
24-05-2025, 17:12 Aydan başqa Ay da var