İran ABŞ-a məxsus onlarla bazaya zərbələr endirə bilər
Tarix: 21-06-2025 15:18 | Bölmə: Dünya
İran ABŞ-a məxsus onlarla bazaya zərbələr endirə bilər

İsrail-İran savaşı davam edir. ABŞ-nın dərhal müharibəyə qoşulacağı və İsraillə birlikdə İranı vuracağı gözlənilsə də, hələ ki, bu gözlənti reallaşmayıb.

Reyting.az
xatırladır ki, Vaşinqton müharibəyə daxil olub-olmayacağı barədə qərarı iki həftədən sonra verəcəyini bildirib.

Bu arada İran rəhbərləri açıq elan ediblər ki, əgər ABŞ İsrail tərəfindən müharibəyə daxil olsa, bu ölkənin bölgədəki onlarla hərbi obyektinə zərbələr endirəcək. Belə bir mesajı İranın Xarici işlər naziri Abbas Əraqçı Cenevrədə keçirdiyi görüş zamanı da səsləndirib.

Qeyd edək ki, ABŞ-nın Yaxın Şərqdə həm hücum üçün buraxılış meydançası, həm də potensial hədəflər ola biləcək onlarla obyekti var:

Birincisi, minlərlə ABŞ əsgərinin yerləşdiyi İraqdakı Əl-Əsəd Hərbi Hava Bazası. O, bir neçə dəfə İranın hücumuna məruz qalıb. Bu bazaya ən böyük hücum general Süleymaninin 2020-ci ildə öldürülməsindən sonra baş verib.

İkincisi, Suriyadakı Tanf bazası. 2024-cü ilin yanvarında pilotsuz təyyarənin hücumundan sağ çıxan yeganə ABŞ bazasıdır. Həmin hücumda üç amerikalı öldürülüb.

Üçüncüsü, Qətərdəki Əl-Udeid Hərbi Hava Bazası. 10 mindən çox əsgəri ilə ABŞ-nın Yaxın Şərqdəki ən böyük kontingentidir.

Dördüncüsü, Bəhreyndə yerləşən ABŞ 5-ci Donanmasının qərargahı.

Bundan başqa, Əl-Dhafridə 380-ci Hava Qanadı da daxil olmaqla, ABŞ strateji qüvvələrinin yerləşdiyi Küveyt və BƏƏ-dəki strateji nöqtələr.




ELÇİN




Bölməyə aid digər xəbərlər
17-06-2025, 12:50 İki neft tankeri toqquşub