Türk ordusu PKK-nın silah-sursat mağarasını məhv edib - Foto
Tarix: 21-06-2025 16:31 | Bölmə: Dünya
Türk ordusu PKK-nın silah-sursat mağarasını məhv edib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında - “Pəncə-Kilit” əməliyyat bölgəsində terror təşkilatı PKK-ya aid yeni mağara aşkar edib.

Reyting.az
xəbər verir ki, mağara içərisindəki sursat və materiallarla birlikdə yararsız hala salınıb.

“Qəhrəman Türk Silahlı Qüvvələrimiz “Pəncə-Kilit” əməliyyat bölgəsində apardığı axtarışlar zamanı terror təşkilatı PKK-ya aid mağara aşkarlayıb”,-Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd edilir ki, yararsız hala salınan mağarada ələ keçirilən silah-sursat və digər materiallar məhv edilib.



V. QULİYEV




Bölməyə aid digər xəbərlər
17-06-2025, 12:50 İki neft tankeri toqquşub