NATO-nun mövcudluğu sual altına düşüb
Tarix: 21-06-2025 11:50 | Bölmə: Slayd
NATO-nun mövcudluğu sual altına düşüb

Şimali Atlantika Alyansı artıq müasir çağırışlara cavab vermir.

Reyting.az
-ın xarici KİV-lərə istinadla verdiyi məlumata görə, bunu NATO sammitinə hazırlıqlar zamanı İtaliyanın Müdafiə naziri Qvido Krosetto bildirib.

Padua Universitetində çıxış edən Krosetto "NATO-nun artıq mövcud olmaq hüququ yoxdur. Zaman dəyişib",- deyib.

Nazirin sözlərinə görə, dünya nizamı dəyişib və artıq nə ABŞ, nə də Avropa İttifaqı onun mərkəzi deyil. Bu kontekstdə o, sülh və təhlükəsizliyi təmin etmək imkanlarını qorumaq üçün NATO-nu yeni geosiyasi reallığa uyğunlaşmağa və Qlobal Cənub ölkələri ilə əməkdaşlıq qurmağa çağırıb.

Krosetto Avropa Birliyinin hazırkı rolunu da tənqid edib. O bildirib ki, artıq Avropanın vaxtı keçib.

"Biz Avropa haqqında elə danışırıq ki, sanki bu hələ də nəyisə ifadə edir. Amma onun vaxtı keçib. Onun nə ümumi xarici siyasəti var, nə də müdafiə strukturu",- o əlavə edib.

Onu da qeyd edək ki, 24-25 iyunda NATO-nun növbəti sammiti ilk dəfə Haaqada (Hollandiya) keçiriləcək.

E. KAMAL




Bölməyə aid digər xəbərlər