11:42 / 06-08-2025
Narkokuryerlər tutulublar
11:39 / 06-08-2025
İran nə etmək istəyir?
Trampın xüsusi nümayəndəsi Putinlə görüşüb - (Yenilənib)
Tarix: 06-08-2025 13:29 | Bölmə: Slayd
Trampın xüsusi nümayəndəsi Putinlə görüşüb - (Yenilənib)

ABŞ-nın xüsusi nümayəndəsi Stiv Vitkoffun Rusiya prezidenti Vladimir Putinlə görüşü başlayıb.

Reyting.az
Rusiya mətbuatına istinadla xəbər verir ki, Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Vitkovu Kremldə qəbul edib.

Qeyd edək ki, Trampın xüsusi nümayəndəsi bu gün səhər saatlarında Moskvaya gəlib.

***

Kreml Rusiya prezidenti V. Putinlə ABŞ prezidentinin xüsusi elçisi S. Vitkoffun görüşünün görüntülərini dərc edib. Söhbət Kremlin tez-tez xarici ölkələrin nümayəndələrinin qəbulu üçün istifadə olunan birinci binasının (əvvəllər bu bina Senat Sarayı adlanırdı) nümayəndəliyində olub.

Məlumata görə, Rusiya lideri qonağı kifayət qədər mehribanlıqla qarşılayıb. Onlar tərcüməçi olmadan möhkəm əl sıxışıb və bir neçə cümlə işlədiblər.

Rusiya tərəfdən söhbətdə Rusiya dövlət başçısının beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov da iştirak edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər