11:42 / 06-08-2025
Narkokuryerlər tutulublar
11:39 / 06-08-2025
İran nə etmək istəyir?
Avropaya yeni miqrant axını ola bilər
Tarix: 06-08-2025 12:42 | Bölmə: Dünya
Avropaya yeni miqrant axını ola bilər

Belarusdan Liviyaya qeyri-adi aviareyslər Avropa Komissiyasında narahatlıq yaradıb. Çünki bu, potensial olaraq Avropaya qeyri-qanuni miqrasiyanın yeni dalğasına səbəb ola bilər.

Reyting.az
xəbər verir ki, bu barədə Avropa İttifaqındakı (Aİ) mənbəyə istinadla “Euractiv” məlumat yayıb.

Adı açıqlanmayan Aİ rəsmisi deyib ki, Avropa Komissiyası Belarusun “Belavia” şirkətinin Minskdən Liviyanın Aralıq dənizi sahilindəki Benqazi şəhərinə həyata keçirdiyi bir sıra atipik uçuşlar maraq doğurur.

Uçuşlar Minsk və Moskvanın bu bölgəyə nəzarət edən və Kremllə sıx təmasda olan komandir Xəlifə Haftarla koordinasiyası ilə bağlı şübhələri artırıb.

"Bu uçuşların tezliyi və xarakteri qeyri-qanuni miqrasiyaya mümkün yardımla bağlı suallar yaradır",- deyə mənbə əlavə edib.

Avropa Komissiyası təklif edib ki, Rusiya 2021-ci ilin yayında Belarusun qərb qonşuları üçün, Rusiya isə 2023-cü ilin sonunda Finlandiya üçün etdiyi kimi, Rusiya resurslarını yönləndirmək və sabitliyi pozmaq üçün Avropanın Aralıq dənizi ölkələri üçün genişmiqyaslı miqrasiya böhranı yaratmağa cəhd edə bilər.

Afrikanın şimal sahillərindən Aralıq dənizi yolu illərdir Avropada daha yaxşı həyat axtaranların Avropa Birliyinə getməsi üçün əsas marşrutlardan biri olub. 2025-ci ilin birinci yarısında Liviyadan İtaliyaya 27 000-dən çox miqrant gəlib, daha 7 000 insan Yunan Kritinə enib - 2024-cü ilin eyni dövrü ilə müqayisədə üç dəfə çox.

Onu da qeyd edək ki, bu həftə Britaniya və Fransa arasında La-Manş boğazını keçməyi bacaran miqrantların geri qaytarılmasına dair razılaşma da qüvvəyə minib.

ELÇİN




Bölməyə aid digər xəbərlər