11:42 / 06-08-2025
Narkokuryerlər tutulublar
11:39 / 06-08-2025
İran nə etmək istəyir?
İlham Əliyev baş nazirə məktub ünvanlayıb
Tarix: 06-08-2025 11:51 | Bölmə: Xəbərlər
İlham Əliyev baş nazirə məktub ünvanlayıb

Prezident İlham Əliyev Yamaykanın baş naziri Endryu Holnessə təbrik məktubu ünvanlayıb.

Reyting.az
xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Baş nazir,

Yamaykanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Bu il Azərbaycan ilə Yamayka diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümünü qeyd edəcəklər. Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq əlaqələrimizin möhkəmləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram".




Bölməyə aid digər xəbərlər