Azərbaycana PUA ilə narkotik keçirmək istəyiblər - Foto
Tarix: 29-07-2025 11:23 | Bölmə: Slayd
Azərbaycana PUA ilə narkotik keçirmək istəyiblər

İrandan Azərbaycana pilotsuz uçuş aparatı (PUA) ilə narkotik keçirmək istəyiblər.

Reyting.az
Dövlət Sərhəd Xidmətinə istinadla xıəbər verir ki, iyul ayının 28-də Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotikin PUA vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 12 kiloqram 100 qram narkotik vasitə marixuana və 399 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.





Bölməyə aid digər xəbərlər