Aleksandr Lukaşenko: “Dağlıq Qarabağ probleminə göz yummaq olmaz” - Fotolar
Tarix: 29-04-2019 18:14 | Bölmə: Slayd
Aleksandr Lukaşenko: “Dağlıq Qarabağ probleminə göz yummaq olmaz”

ATƏT regionunda bir sıra problemlər yığışıb qalıb və onlara heç bir halda göz yummaq olmaz.

Reyting.az xəbər verir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko ATƏT Parlament Assambleyasının sədri Georgi Sereteli ilə Minskdəki görüşündə deyib.

“Razılaşın ki, bizim ümumi evimizdə həllini gözləyən çox böyük problemlər yığışıb qalıb: həm Dağlıq Qarabağ, həm Dnestryanı, bir sıra digər daha az danışılan problemlər. İndi isə Ukrayna əlavə olunub”, - Aleksandr Lukaşenko bildirib.

Aleksandr Lukaşenko: “Dağlıq Qarabağ probleminə göz yummaq olmaz”

Belarus prezidenti qeyd edib ki, ola bilsin ATƏT-i bu problemlərə zəif reaksiya verdiyi üçün tez-tez tənqid edir, amma həmin problemlərin həlli birbaşa ATƏT-in işidir.

“Bu təşkilat ilk növbədə Avropa qitəsində təhlükəsizliyə cavabdehdir və bu gün həmin problemlərə göz yummaq heç bir halda olmaz”, - o əlavə edib. Lukaşenko deyib ki, ATƏT platformasında uzun müddətdir prezidentlər görüşüb bu problemləri müzakirə etmir. Belarus prezidenti xatırladıb ki, sonuncu belə toplantı 2010-cu ildə Astanada olub, amma daha irimiqyaslı konfrans 1999-cu ildə İstanbulda keçirilmişdi.(Mənbə: Virtualaz.org)

Aleksandr Lukaşenko: “Dağlıq Qarabağ probleminə göz yummaq olmaz”

Reyting.az




Bölməyə aid digər xəbərlər
24-05-2025, 17:12 Aydan başqa Ay da var
23-05-2025, 09:45 G7 böyük vədlər verir
21-05-2025, 08:22 NATO parçalana bilər