19:36 / 07-11-2025
Yaşar Güler Bakıya gəlib
19:33 / 07-11-2025
Pəncəli Teymurov və Vaqif Qurbanovun ailə üzvlərinə təqaüd təyin olunub
19:01 / 07-11-2025
General: Rusiya NATO-ya hücum edə bilər - Xəbərdarlıq
18:21 / 07-11-2025
Məşhur aktrisanın avtomobilinin qarşısını kəsiblər
18:10 / 07-11-2025
Dronlar Başqırdıstandakı əsas neft-kimya zavodunu vurub
18:06 / 07-11-2025
Hava limanında partlayış olub
18:00 / 07-11-2025
Rus ordusu Donetsk və Xarkovda irəliləyib
17:38 / 07-11-2025
"Bakı Metropoliteni" gücləndirilmiş iş rejiminə keçəcək
17:19 / 07-11-2025
Şəhid Pəncəlinin anası: “10 ildir gözüm yolda idi..."
17:08 / 07-11-2025
Hikmət Hacıyev NATO nümayəndə heyəti ilə görüşüb
16:49 / 07-11-2025
Pəncəli Teymurova Milli Qəhrəman adı verilib
16:45 / 07-11-2025
Tiktoker həbs edilib
16:34 / 07-11-2025
Prezident İlham Əliyev fərman imzalayıb
16:16 / 07-11-2025
İlham Əliyev bir qrup şəxsi təltif edib
16:05 / 07-11-2025
Prezident hərbçilərə ali rütbə verib - Siyahı
15:44 / 07-11-2025
Deputat nazirə mesaj verib: "Yekə kişisən, bunu keçən ildə demişəm, axı?"
15:39 / 07-11-2025
Tural Sadıqlı, Qurban Məmmədov və digərlərinin cinayət işi məhkəmə baxışına verilib
15:17 / 07-11-2025
Pakistanın Baş naziri Azərbaycana səfərə gəlib
15:13 / 07-11-2025
"Gözümün nuru - Vətən" filmini təqdim ediblər - Fotolar
15:11 / 07-11-2025
Sahib Ələkbərov: “Vergi güzəştinin ləğvindən söhbət gedə bilməz”
14:55 / 07-11-2025
“Lukoil” Azərbaycandakı yataqları tərk edəcək - Səbəb
14:19 / 07-11-2025
Saxta rəy verən ekspertə cinayət işi açılıb
14:10 / 07-11-2025
DOST mərkəzləri bayram günlərində fəaliyyət göstərməyəcək
14:04 / 07-11-2025
Qumar oyunlarını reklam edən 17 nəfər saxlanılıb
14:02 / 07-11-2025
İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib - Foto
12:08 / 07-11-2025
Sabah hava necə olacaq? - Proqnoz
10:09 / 07-11-2025
"Neft Daşları"nda 181,8 mln. ton neft hasil edilib
09:40 / 07-11-2025
AVP-nin təşkilat sədri həbs olunub
14:49 / 03-11-2025
Ramiz Mehdiyevə bağlı QHT-lər, icra başçıları və özəl ali təhsil ocağı var - Professor
12:50 / 05-11-2025
“Oğru dünyası”na qarşı əməliyyat: Mirzə Əliyev öldürülüb - Foto
13:22 / 03-11-2025
Rus ordusu Ukraynanın daha bir şəhərinə daxil olub - Foto
16:49 / 06-11-2025
Deputat: Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir
14:01 / 04-11-2025
Şərti sərhəddə yenidən gərginlik ola bilər - Ekspert
11:49 / 03-11-2025
İcra hakimiyyətindəki həbslər - Baş Prokurorluq məlumat yayıb
15:24 / 05-11-2025
Ukraynanın iki şəhərində dəhşətli vəziyyət yaranıb
13:35 / 05-11-2025
Prezident 10 nəfəri təltif edib - Siyahı
08:27 / 03-11-2025
Rusiya İranla nüvə sazişinin həllini asanlaşdıra bilər
15:08 / 06-11-2025
Azərbaycan qonşu ölkəni problemdən xilas edir - Foto
13:05 / 06-11-2025
Mərkəzi Asiya liderləri Trampla görüşdə nəyə ümid edirlər?
09:52 / 03-11-2025
Ən böyük idxalçı ölkələrin adı açıqlanıb - Siyahı
Rəşid Behbudovun İran səfəri: müğənni aldığı qonorarı nəyə xərcləyib?
Tarix: 20-08-2019 17:16 | Bölmə: Slayd

Rəşid Behbudovun Azərbaycanla həmsərhəd iki ölkəyə qastrol səfərləri haqqında çox az bilgi var. İnternet resurslarındakı arxiv materiallarında ecazkar səsi ilə dillər əzbəri olmuş sənətkarın bu iki dövlətdə keçən günlərinə dair bir-birindən fərqli məlumatlar mövcuddur. Hətta qastrol səfərlərinin tarixi müxtəlif illərə aid edilir. “Musiqi dünyası” jurnalında dərc edilmiş “Rəşid Behbudov fenomeni” məqaləsində sadalanan faktlar daha çox etibar doğurur. Çünki məqalə müəllifi Kamil Şahverdiyev Behbudovlar ailəsinin üzvüdür.
Reyting.az yazının Türkiyə və İranda (1961-1962-ci illər) keçən qastrol günləri barədə hissəsini oxucuların ixtiyarına təqdim edir:
Görkəmli sənətkarın 1961-ci ildə ilk səfərindən başlayaraq sonrakı illərdə Türkiyədə bütün konsertlərin hamısı lentə alınıb və bu günə qədər Türkiyə radiosunun arxivlərində səliqə ilə qorunur. Həmin konsertlərin lent yazıları qardaş ölkədə dövlət radiosunun efiri vasitəsi ilə bu gün də tez-tez yayımlanır.
Tehran filarmoniyasının zalındakı ilk konsert sözlə deyilməsi mümkün olmayan bir şəraitdə keçdi. Biletlər hələ bir neçə ay bundan əvvəl satılıb qurtarmışdı. Konsert günü on minlərlə insan bilet tapmaq arzusu ilə filarmoniyanı dövrəyə alaraq konsertin sonuna qədər gözləyərək dağılışmaq istəmirdilər.
Tehranda verilən 8 konsertin hamısı bu cür keçdi. Qastrol səfərləri başa çatmaq üzrə idi. Lakin həmin günlər İranın müxtəlif şəhərlərindən 100 minlərlə insan Tehrana axışaraq sevimli sənətkarı dinləmək arzusu ilə günlərlə filarmoniyanın ətrafında gəzişirdilər.
Bunu görən hökumət nümayəndələri Rəşid Behbudovdan xahiş edirlər ki, o, İran milli televiziyası ilə konsertlərinin təşkil olunmasına razılıq versin. Əlbəttə, Rəşid Behbudov televiziya ilə canlı konsertlərin verilməsinə razılıq verir. Üç gün dalbadal İran televiziyasında hər gün bir saat olmaq şərti ilə görkəmli müğənninin konsertləri təşkil olunur. Lakin bu konsertlər də sənətkarın pərəstişkarlarını sakitləşdirmir.
Onda İran hökuməti rəsmi qaydada Rəşid Behbudova müraciət edir və qastrol səfərinin müddətini uzatmağı ondan xahiş edirlər. Beləliklə, müğənninin 20-yə qədər iri şəhərləri əhatə edən İran turnesi təşkil olunur.
Rəşid Behbudovu bu səfərdə unudulmaz tarzən Əhsən Dadaşov və əvəzedilməz pianoçu Çingiz Sadıxov müşayət edirlər. İsfahan, Abadan, Şiraz, Təbriz, Ərdəbil, Xoy, Ənzəli, Zəncan, Məşəd və başqa şəhərlərdə tayı-bərabəri olmayan sənətkarlar 4 aya yaxın bir müddətdə 100-ə yaxın konsert verirlər.
Müxtəlif qəzet və jurnallarda Rəşid Behbudovun İran səfəri haqqında dərc olunmuş materialları nəzərdən keçirərək çox maraqlı, qeyri-adi bir məlumata rast gəldik. Məlumat ondan ibarətdir ki, İranda 4 ay müddətində verilən konsertlərdən yığılan külli miqdarda pulu Rəşid Behbudov könüllü olaraq Tehran Gənclər Evi və İran Milli Xoru üçün konsert zalının tikilməsinə verir. İran tərəfi də müğənninin bu hərəkətini yüksək qiymətləndirərək həmin konsert zalına Rəşid Behbudovun adını verir.
Bu məlumat İranın müxtəlif qəzetlərində dərc olunur. Eyni zamanda TASS-ın İrandakı müxbiri həmin məlumatı Moskvaya və Bakıya da ötürür. "İzvestiya", "Komsomolskaya pravda", "Bakinski raboçi", "Vışka" qəzetləri də bu analoqu olmayan xəbəri dərc edir.
16 dekabr 1962-ci ildə "Bakinski raboçi", 15 yanvar 1963-cü ildə "Vışka" qəzetləri Qole Sorxinin dilindən yazırlar: "... Rəşid Behbudov verdiyi konsertlərdən yığılan pulları bizə hədiyyə etdi və biz də o pullara Milli Xor və Gənclər Evi üçün konsert binası tikirik. Teatr binasına Rəşid Behbudovun adını vermişik..."
Bizi heyrətə gətirən bu məlumatın izinə düşərək xeyli müddət apardığımız axtarışlar, nəhayət, öz bəhrəsini verdi. Bu yaxınlarda olduqca qiymətli materiallar – Rəşid Behbudovun İranda verdiyi konsertlərin hamısının lent yazılarını əldə etmişik.
1961-ci ilin sonu və 1962-ci ilin əvvəllərində baş verən Rəşid Behbudovun İran səfəri yadda qalan, maraqlı hadisələrlə zəngin idi. Belə hadisələrdən biri də Təbriz şəhərində baş verir.
Təbrizdə böyük müvəffəqiyyətlə keçən konsertlərdən birindən sonra əslən Bakıdan olan ölməz bəstəkar Əli Səlimi dünyalar qədər sevdiyi müğənnini evinə dəvət edir. Dəvəti qəbul edən Rəşid Behbudov bəstəkarın qonağı olur. Maraqlı söhbətlər zamanı Əli Səlimi yenicə bəstələdiyi "Sizə salam gətirmişəm" mahnısını sənətkara göstərir. Rəşid mahnını çox bəyənir və tezliklə ifa edəcəyinə söz verir.
Bəstəkarın xanımı Əli Səlimiyə işarə edərək onu yan otağa çağırır. Bir qədər sonra həmin otaqdan xanımın həzin səslə, tarın müşayəti ilə oxuduğu başqa bir mahnının səsi gəlir. Rəşid elə ilk notlardan bu mahnıya vurulur və onlara qoşulub zümzümə etməyə başlayır.
Mahnı bitdikdən sonra müğənni Əli Səlimidən bunun kimin mahnısı olmasını soruşur. Əli Səlimi bildirir ki, Şəhriyar "Ayrılıq" adlı gözəl bir şeir yazmışdı. Mən də bir neçə gün bundan əvvəl həmin şeirə mahnı bəstələdim.
Rəşid bəstəkara irad tutur ki, bəs nəyə görə "Ayrılığ"ı mənə təklif etmirsən. Əli Səlimi cavabında izah edir ki, qorxuram "Ayrılıq"ı oxumağa icazə verməsinlər. Sənə də başağrısı olmasın. "Sizə salam gətirmişəm"i oxusan, mənə dünyanı vermiş olarsan. Rəşid bəstəkarın da, onun xanımının da kövrəldiyini görüb qətiyyətlə bildirir ki, tezliklə hər iki mahnını mənim ifamda eşidəcəksiniz.
Bakıya dönəndən sonra sevimli sənətkar həqiqətən də hər iki mahnını - "Sizə salam gətirmişəm" və "Ayrılıq" mahnılarını ifa edərək lentə yazdırır.
Bölməyə aid digər xəbərlər

Bu gün, 16:16
İlham Əliyev bir qrup şəxsi təltif edib
Bu gün, 16:05
Prezident hərbçilərə ali rütbə verib - Siyahı
Bu gün, 14:55
“Lukoil” Azərbaycandakı yataqları tərk edəcək - Səbəb
Dünən, 15:08
Azərbaycan qonşu ölkəni problemdən xilas edir - Foto
Dünən, 13:56
“Tərtər işi”: həbsdəki generalla bağlı qərar verilib
Dünən, 10:03
Vəzifəli şəxslərə cinayət işi açılıb
Dünən, 09:17
Kosmosda yeni tip nəhəng obyekt kəşf edilib
5-11-2025, 18:17
Prezident elm adamların təltif edib - Sərəncam
5-11-2025, 15:24
Ukraynanın iki şəhərində dəhşətli vəziyyət yaranıb
5-11-2025, 13:28
Ukrayna daha təhlükəli vəziyyətlə üzləşir
5-11-2025, 12:50
“Oğru dünyası”na qarşı əməliyyat: Mirzə Əliyev öldürülüb - Foto
4-11-2025, 19:17
Mərkəzi Asiya Rusiyadan qurtula biləcəkmi?
4-11-2025, 14:01
Şərti sərhəddə yenidən gərginlik ola bilər - Ekspert
4-11-2025, 13:29
Dini konfessiyalar Zəfər Günü ilə əlaqədar birgə bəyanat yayıblar
4-11-2025, 10:58
Keçmiş vəzifəli şəxslərə hökm oxunub
4-11-2025, 09:27
2025-ci ilin ən böyük buğda istehsalçıları... - Siyahı
3-11-2025, 18:33
Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycana səfər edəcək
3-11-2025, 14:49
Ramiz Mehdiyevə bağlı QHT-lər, icra başçıları və özəl ali təhsil ocağı var - Professor
3-11-2025, 13:36
İlham Əliyev AMEA-da - Çıxış (Yenilənib) - Fotolar
3-11-2025, 13:22
Rus ordusu Ukraynanın daha bir şəhərinə daxil olub - Foto
3-11-2025, 11:26
Kreml İranı Suriya ilə barışdırmaq istəyir?
3-11-2025, 09:52
Ən böyük idxalçı ölkələrin adı açıqlanıb - Siyahı
2-11-2025, 12:58
Üç vəzifəli şəxs həbs edilib - (Yenilənib) - Əməliyyat
2-11-2025, 12:07
Ruslar Ukrayna şəhərini tam ələ keçirmək üzrədir
31-10-2025, 19:59
Baş redaktor barəsində həbs qətimkan tədbiri seçilib
31-10-2025, 11:46
Ermənistan Hindistandan silahalmada yeni səhifə açır
31-10-2025, 11:16
İki itkin şəhidimiz Xocalıda dəfn edilib - Fotolar
31-10-2025, 10:54
Elm və Təhsil Nazirliyində yoxlamalar başlayıb
30-10-2025, 18:29
Hərbi ekspert: Nüvə eskalasiyası bəşəriyyəti qorxulu istiqamətə aparır
30-10-2025, 13:39
Dünyanın qızıl ehtiyatı azalıb - Foto
30-10-2025, 11:23
Məktəb direktorlarının işə qəbulu üçün qeydiyyat başlayıb
30-10-2025, 10:31
Dünyada doğum azalır - Professor səbəbini deyib
29-10-2025, 11:43
Qafqazda sülh: Ağ ev Paşinyanı qorumalıdır
29-10-2025, 10:26
Kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq edilib - Video
29-10-2025, 09:48
Mənzillər güzəştli qiymətlərlə satışa çıxarılıb - Qiymətlər
28-10-2025, 14:18
Bir neçə ölkə risk altına düşüb
28-10-2025, 12:45
Şəhidlərlə vida mərasimi keçirilib - (Yenilənib) - Fotolar
28-10-2025, 11:42
Türk ordusu iki ölkədə hərbi əməliyyatların yeni formatını hazırlayır
28-10-2025, 11:00
Prezident İlham Əliyev Sabirabada gedib - (Yenilənib) - Fotolar

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək