12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiya ilə Türkiyə arasında yenidən gərginlik yaranıb
Tarix: 23-03-2017 15:16 | Bölmə: Slayd


Rusiya səfirliyinin müşaviri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Türkiyə XİN-nin sözçüsü Hüseyn Müftüoğlu açıqlama verib.

O bildirib ki, dəvətin səbəbi PKK-nın Suriya qolu olan PYD-nin nəzarətindəki Afrin şəhərində Rusiya hərbçilərinin terrorçularla birgə görüntülənməsi və oradakı tədbirdə şənlənmələridir:

"Rusiya səfirinin müşaviri XİN-ə çağırıldı, bu narahatlıq ifadə olundu. Eyni zamanda, PYD-nin Moskvadakı ofisinin qapadılması tələb olundu. Çox açıq şəkildə izah olundu ki, belə hərəkətlər davam edərsə, Türkiyə PYD-yə artıqlaması ilə sərt cavablar verəcək".

 





Bölməyə aid digər xəbərlər