











Tarix: 28-03-2017 12:33 | Bölmə: Slayd
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar masasında bir sıra ağlabatan planlar var".
Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib.
"Ola bilsin ki, bu planlar yekun deyil, amma onlar hazırda dövriyyədədir. Bu isə o deməkdir ki, onlar ətrafında danışıqlar davam etməlidir”,- deyə həmsədr söyləyib.
R.Hoqland bildirib ki, münaqişə tərəflərinin rəhbərləri siyasi iradə nümayiş etdirərək danışıqlar masasına qayıtmalıdır.
"Lavrov planı"na dair sualı da cavablandıran diplomat qeyd edib ki, vasitəçilər bu ifadədən istifadə etmir:
"Biz belə ifadə işlətmirik. Dövriyyədə olan plan var və o, 3 hissədən ibarətdir. Lakin hazırda mən bu planın detallarını açıqlamağı məqsədəuyğun hesab etmirəm. Tərəflər onun üzərində işləyir”.(APA)
Bölməyə aid digər xəbərlər