12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Nazirlikdə kadr və struktur dəyişikliyi olub – Təyinat
Tarix: 05-04-2017 12:24 | Bölmə: Slayd


Vergilər Nazirliyində kadr və struktur dəyişikliyi baş verib.

Reyting.az "APA-Economics" istinadla xəbər verir ki, İnsan Resursları, Maliyyə və Təminat idarələri departamentə çevrilib.

İnsan Resursları Departamentinin rəhbəri dəyişməyib. Belə ki, adıçəkilən departamentin baş direktoru Faiq Şahbazov olaraq qalıb.

Maliyyə və Təminat Departamentinin baş direktoru Rahim Əfəndiyev isə tutduğu vəzifədən azad olunub. Onu Vəkil Süleymanov əvəzləyib.





Bölməyə aid digər xəbərlər