Tarix: 06-04-2017 14:08 | Bölmə: Slayd
Bu gün Avropa Məhkəməsi 11 Azərbaycan vətəndaşının şikayəti üzrə qərar çıxarıb.
Bu barədə məlumat verən tanınmış vəkil Əsabəli Mustafayev həmin ərizəçilərin adlarını açıqlayıb:
Səxavət Mehtiyev - Mənəvi və maddi zərərə görə kompensasiya 6480 avro
Azər Sadıqov - 6480 avro
Osman Əhmədov - 6480 avro
Tuncay Quliyev - 6000 avro
Cavid Hacıbəyli - 6000 avro
Tural Sadıqlı - 6000 avro
Kamalə Xəlilova - 6000 avro
Orxan Əyyubzadə - 6000 avro
Vüsal Bayramov - 8850 avro.
Bu işlər üzrə ümumilikdə hüquqi xidmətə görə əlavə olaraq 9 400 avro ayrılıb.
Digər vəkillərin apardıqları daha iki iş üzrə də qərarlar elan olunub:
Xədicə İsmayılova – mənəvi ziyana görə 6000 avro+ hüquqi xidmətə görə 2000 avro
Cavid Qarayev - mənəvi ziyana görə 4000 avro+ hüquqi xidmətə görə 2000 avro.
Vəkil bildirib ki, ödəniləcək kompensasiyaların ümumi cəmi 81 690 avrodur.
"Bu günə qədər Avropa Məhkəməsinə göndərdiyim 325 şikayətdən qələbə ilə yekunlaşan işlərin sayı 106-ya çatdı. Bunlar hamısı İntiqam Əliyev məktəbinin məhsullarıdır",-deyə Ə.Mustafayev bildirib.
Reyting.az
Bölməyə aid digər xəbərlər