12:07 / 19-06-2025
Çimərliklərdə nöqsanlar aşkarlanıb
12:05 / 19-06-2025
Sumqayıtda tekstil fabrikində yanğın olub
12:04 / 19-06-2025
İsrail-İran savaşı bahalaşmaya səbəb olub
11:48 / 19-06-2025
Bakıda daha bir qanunsuz tikili sökülüb - Fotolar
11:42 / 19-06-2025
ABŞ-a viza istəyənlərin sosial media hesabları yoxlanılacaq
11:32 / 19-06-2025
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
11:15 / 19-06-2025
İğdır valisi Ermənistanla sərhəddəki hərbi hissələrə baş çəkib
11:11 / 19-06-2025
İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib
11:04 / 19-06-2025
İrəvanda aksiya: etirazçılar gecəni küçədə keçirib - Video
10:56 / 19-06-2025
Rus ordusu hücum üçün yeni prioritet seçib
10:44 / 19-06-2025
70 kiloqram qızılla tutulan Qəhrəman Məmmədovun həbs müddəti uzadılıb
10:23 / 19-06-2025
Bilgəh sanatoriyasında şok hadisə - Şöbə müdiri beşinci mərtəbədən yıxılıb
10:17 / 19-06-2025
Kanada Azərbaycana təşəkkür edib
10:01 / 19-06-2025
Vüqar Bayramov: "...qadınlar, bəzi hallarda isə kişilər 5 il tez pensiyaya çıxacaq"
09:57 / 19-06-2025
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
09:51 / 19-06-2025
Yeni parkda gənc rəssamların sərgisi keçirilib - Fotolar
09:31 / 19-06-2025
Ağdamda 9.4 milyonluq tender ləğv olunub
09:25 / 19-06-2025
Xəzər dənizində zəlzələ olub
09:12 / 19-06-2025
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
08:36 / 19-06-2025
Ramiz Duyğun dünyasını dəyişib
08:02 / 19-06-2025
Müharibə təhlükəsi: Britaniya yüksək hazırlıq vəziyyətindədir
07:56 / 19-06-2025
Xokkaydo sahillərində zəlzələ baş verib
07:52 / 19-06-2025
İsrail İrana xüsusi təyinatlılar yeridəcək?
07:47 / 19-06-2025
Avropa 1,5 milyard avroluq proqram hazırlayıb
07:40 / 19-06-2025
İranla müharibəyə başlamaq ABŞ-ı parçalaya bilər
07:28 / 19-06-2025
Məşhur aktyor Papa XIV Leo ilə görüşüb
07:17 / 19-06-2025
Çin "Arzu qayığı"-nı sınaqdan keçirib - Fotolar
23:54 / 18-06-2025
İsrail İrana "üçüncü zərbə" dalğasına başlayıb
21:33 / 18-06-2025
DİM 1 iyunda keçirilmiş qəbul imtahanının nəticəsini elan edib
21:08 / 18-06-2025
Bu gecə Bakının iki qəsəbəsində işıq olmayacaq
11:37 / 16-06-2025

08:47 / 16-06-2025

22:59 / 17-06-2025

11:06 / 16-06-2025

09:58 / 16-06-2025

14:29 / 14-06-2025

00:13 / 16-06-2025

12:35 / 16-06-2025

16:03 / 17-06-2025

11:30 / 18-06-2025

11:19 / 17-06-2025

Yüksək rütbəlilərin Azərbaycan ordusundakı cinayəti üzə çıxır
Tarix: 01-04-2021 11:20 | Bölmə: Slayd

Yarım ay öncə həbs edilən general-leytenant Rövşən Əkbərovun ətrafında gedən proseslər sabiq müdafiə naziri Səfər Əbiyevi də gündəmə gətirib. Bu, təsadüfi deyil, çünki həbsdəki general-leytenantın ordudakı fəaliyyətinin böyük hissəsi 1995-2013-cü illərdə nazir vəzifəsində çalışan Əbiyevin vaxtına düşür. Bu da haqlı olaraq o sualları meydana çıxarıb ki, Əkbərovun cinayətlərinin gizlədilməsində sabiq nazirin də rolu varmı? Əgər belə cinayətlər baş verirdisə, Əbiyev hara baxırdı?
Eyni zamanda keçmiş nazirin dövründə yaşanan digər təxribatların, cinayətlərin hələ də üstünün açılmadığı və indi bunun araşdırılmasına böyük ehtiyac olduğu vurğulanır.
Sabiq naziri həbs, istintaq gözləyirmi? Sıra ona çatacaqmı?
Hərbi ekspert Telman Əbilov hesab edir ki, orduda törədilən təxribatları, xarici orqanlara çalışma hallarını Səfər Əbiyevin vaxtında etmək istəyirdilər: “Amma Allah tərəfindən danışaq, o, bu hallara bacardıqca mane olurdu. Onu zamanında məndən çox tənqid edən olmayıb. Rövşən Əkbərovu zamanında Səfər Əbiyev dəfələrlə cəzalandırmağa çalışıb. Hətta bir dəfə cəzalandıra bildi. Şəmkirdə korpus komandiri Çingiz Şəfiyev var idi, onun haqqında çox yazdıq, səviyyəsizin biri idi. Əsgər ölümlərinə görə onu işdən çıxardılar, general rütbəsini də aldılar. Ondan sonra Səfər Əbiyev Rövşəni Bakı qarnizonundan çıxararaq ora göndərdi. Amma Rövşən hansısa yollarla təzədən öz yerinə qayıtdı. Demək, Əbiyevdən yuxarıda dayanan kanallarından istifadə edə bildi. Burada digər amil isə Nəcməddin Sadıkov amili idi. Düzdür, Səfər Əbiyevin vaxtında rüşvətxorluq, korrupsiya halları kifayət qədər var idi. Amma onun neqativləri Nəcməddin qədər deyildi. Bunu etiraf edək.
O vaxt orduda korrupsiya əməllərinə ən çox Nəcməddin və onun dəstəsi yol verirdi. Bunu Əbiyevdən gizlin edirdi. Açığı, ondan bir az qorxub, çoxunu etmirdi. Pullu əsgərləri rüşvət müqabilində cəbhə bölgəsinə göndərmirdi, arxada saxlayırdı. Dəfələrlə oldu ki, Nəcməddin Sadıkovun arxa cəbhədə saxladığı əsgərlər Əbiyevin qərarı ilə ön xəttə göndərildi. Onun vaxtında Sadıkov “beşinci təkər"ə dönmüşdü. Sözü də çox keçmirdi. Doğrudur, öz əlaltıları vasitəsilə işlərini görürdü. İndi həbs edilən Rövşən Əkbərov, tutulması gözlənilən Xəqani Cəbrayılov Nəcməddinin dəstəsinə daxil idilər. Əbiyev keçmiş Baş Qərargah rəisinin adamlarını vururdu.
“Tərtər işi”ndə də Nəcməddinin birbaşa əli var. Öz bacısı oğlu Ramiz Əsgərov vasitəsilə çox əməllər törədib. O şəxs ordumuza qarşı siyqırımı həyata keçirib. Amma deyə bilmərəm ki, Səfər Əbiyevin vaxtında hər şey qaydasında idi. Araşdırılmasına ehtiyac olan təxribatlar, cinayətlər törədilib.
Beyləqan tərəfdə Yaşar Aydəmirov var idi, korpus komandiri işləyirdi. Onun hüquqi işlər üzrə köməkçisi işləyirdim. Ölüm hallarını xeyli azaltdıq.
90-cı illərin sonunda ölüm halları orduda çoxalmışdı. Biz onu 2000-ci illərin əvvəllərində olduğumuz yerdə xeyli azaltmışdıq. Yaşar Aydəmirov həqiqətən rüşvətxor deyildi. Bu vəziyyət yuxarıdakıları qane etmirdi. Onlar istəyirdi ki, Aydəmirov kimi adam olmasın, istədiklərini rahat həyata keçirsinlər, çox pul qazansınlar. Ölüm hallarının orduda çox olmasını istəyirdilər. Çünki belə olanda valideynlər övladlarını orduya göndərməmək üçün, yaxud da arxa cəbhədə saxlamaq üçün pul təklif edirdilər. Nəticədə 2001-ci ildə Aydəmirovu vəzifədən kənarlaşdırdılar. Yəni o vaxt bütün bunları Müdafiə Nazirliyinin rəhbərliyində təmsil olunanlar edirdi. O vaxt Mahmud Həmzəyevi korpus komandiri qoydular. Onun vaxtında orduda ölüm halları bir neçə qat artdı. Bəlkə də onun günahı ucbatından 150-200 əsgər həmin korpusda öldü. Bunların araşdırılmasına ehtiyac var. O vaxt Səfər Əbiyevə dəfələrlə yazdım ki, Həmzəyev burada hansı işlərlə məşğuldur, əsgərlər qırılır. Orada donuz, mal ferması saxlayırdı. Təsəvvür edin ki, erməni pozisiyasında traktor, kombayn görürdü, əmr verirdi ki, ordu irəli getsin, həmin traktoru, kombaynı gətirsin, dəfələrlə bu səbəbdən çoxlu itkilər verdik.
2003-cü ildə Şükürbəyli, Horadiz istiqamətində bütöv batalyon qırıldı. Əsgərləri ot biçməyə aparırdı, müxtəlif işlərə cəlb edirdi".
Hərbi ekspert araşdırılmasına ehtiyac olan məsələlərin kifayət qədər çox olduğunu deyir: “Bütün bunlar təbii ki, Səfər Əbiyevin nazir olduğu illərə təsadüf edir və mütləq araşdırılmalıdır. Əbiyevlə bağlı bu və ya digər formada bu hallar baş verib. Sadəcə, onun gedişindən sonra baş verənləri onunla əlaqələndirməyi doğru saymıram. Orduda olan özbaşınalıqlarla bağlı zamanında çox mübarizə aparmışam, aclıq aksiyası belə keçirmişəm. Hətta mənə cinayət işi açılmışdı. Bu hadisələr də Əbiyevin vaxtında baş verib.
O vaxt Bahar Muradova deputat idi, onun yanına getdim və dedim ki, Həmzəyev Füzulini dağıdır. Sonradan bilirsiniz nə öyrəndim? Öyrəndim ki, Mahmud Həmzəyevin komandir təyin olunmasında Səfər Əbiyevin rolu olmayıb, onu korpus komandiri Ramiz Mehdiyev təyin edib. Yazdıqlarımız məhz ona görə boşa gedirdi.
Qazaxdan Arif Rəhimzadə var idi, deputat idi. Dedilər ki, külli miqdarda pulu Həmzəyev ona verib və o da Ramiz Mehdiyevə çatdırıb, nəticədə korpus komandiri təyin olunub. Həmzəyev də verdiyi pulu yığmaq üçün daha nələr etmədi. Orduya ictimai nəzarət olmalıdır”.(Mənbə: musavat.com)
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
Dünən, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
Dünən, 13:12
Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
Dünən, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
Dünən, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
Dünən, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
17-06-2025, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
16-06-2025, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
16-06-2025, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”