07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Politoloq: “Bu, Rusiyanın son döyüşü olacaq”
Tarix: 09-04-2021 12:39 | Bölmə: Slayd
Politoloq: “Bu, Rusiyanın son döyüşü olacaq”

“Rusiyanın Xəzər dənizindəki hərbi gəmiləri böyük tutumlu deyillər. Xəzərdəki hərbi gəmiləri yalnız Volqa-Don kanalı vasitəsilə Qara dənizə keçə biləcəklər. Bunlar kiçik və orta tutumlu katerlərdir. Məncə, Xəzər donanmasından Qara dənizin Ukrayna sahillərinə göndərilən gəmilər hərbi qarşıdurma başlayacağı təqdirdə xüsusi rol oynaya bilməyəcəklər”.

Bu sözləri Reyting.az-a politoloq Cümşüd Nuriyev Rusiyanın Xəzər donanmasının 10-dan çox desant və artilleriya gəmisinin Qara dənizə keçərək Ukrayna istiqamətində hərəkətini şərh edərkən deyib.

C. Nuriyev hesab edir ki, bu gəmilərin Ukrayna böhranı ilə bağlı yaranan gərginlikdə xüsusi rolu olmayacaq:

“Əvvəla, ABŞ həm Rumıniya, həm də Bolqarıstan sərhədindədir. Üstəlik, Ukraynanın cənubunda - Odessa və İzmailskidə dayanıblar. Bunu ruslar yaxşı anlayır. Odur ki, bu gedişlər əslində Rusiya ilə Amerikanın oyunudur. Bu oyunda daha iki oyunçunu - Çini və Yaponiyanı unutmamaq lazımdır. Kuril adalarına görə Yaponiyanın Rusiya ilə haqq-hesabı var. Çinin isə Mancuriya ilə əlaqəli problemləri mövcuddur. Onlar Rusiyanın bəzi bölgələrini əldə etməyə çalışırlar. Moskvada bunu gözəl anlayırlar. Odur ki, bu məsələdə hər kəs öz marağından çıxış edəcək.

Rusiya dünyanın ən böyük ərazisi olsa və dünya sərvətlərinin az qala 30 faizinə nəzarət etsə də, iqtisadi potensialı olduqca zəifdir. Hərbi potensialı da geridə qalır. Rusiya hərbi dövlət olsa da, ordusu müasir standartlara cavab vermir. Odur ki, bu, Rusiyanın son döyüşü olacaq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}