12:36 / 14-06-2025
Sabah yağış yağacaq
“Azəriqaz”la icra başçısı şəhid ailəsinə ögey münasibət bəsləyir - Yenilənib
Tarix: 25-08-2017 12:49 | Bölmə: Slayd
“Azəriqaz”la icra başçısı şəhid ailəsinə ögey münasibət bəsləyir
İsmayıllı rayonunun Topçu kənd sakini Elşad Fazil oğlu Məmmədov 1992-ci ildə Ağdamda - Vətən torpaqlarını erməni işğalından qoruyarkən şəhid olub. Onun millətə və dövlətə əmanət qoyduğu iki övladını həyat yoldaşı Mehparə Yelmar qızı Məmmədova əzab-əziyyətlə böyüdüb.
Azərbaycan dövləti də şəhidin ailəsini unutmayıb. Prezident İlham Əliyevin göstərişi ilə şəhid Elşad Məmmədovun ailəsinə İsmayıllı rayonunun inzibati mərkəzi olan İsmayıllı şəhərində mənzil verilib.
Ancaq şəhid ailəsi İsmayıllı şəhərində iş tapmaqda çətinlik çəkdiyi üçün şəhidin oğlu Elman Məmmədov ata yurdu olan Topçu kəndinə qayıtmağa və təsərrüfatla məşğul olmağa qərar versə də, ailə ciddi çətinliklə üzləşib.
Reyting.az saytına verilən məlumata görə, Elman Məmmədov ata yurdunda qaz xəttinin kəsildiyinin şahidi olub. Neçə müddətdir ki, qaz kəmərinin bərpası üçün döymədiyi qapı qalmayıb. Amma problem həllini tapmır.
Məlumata görə, problemə səbəb Gürcüstanda erməni kilsələrinə qaz kəməri çəkən və onları pulsuz qazla təmin edən SOCAR-ın strukturundakı “Azəriqaz” İstehsalat Birliyinin yerli qurumudur. “Azəriqaz” qaz kəmərinin şəhidin evindən 250 metr aralından keçdiyini bəhanə edərək evə qaz kəməri çəkmək üçün 1000 manat pul istəyir. Belə imkanı olmayan şəhid övladı Elman Məmmədovun üç körpə övladı isə İsmayıllının soyuq qışının bütün çətinliklərini yaşamaq məcburiyyətində qalır.
Şəhidin həyat yoldaşı Mehparə Məmmədova şəhid ailəsi olduğunu təsdiq edən 004766 saylı vəsiqəni məmurlara göstərsə də, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanundan yararlana bilmir.
Şəhid ailəsinin üzləşdiyi problemlə bağlı İsmayıllı rayonunda fikirini öyrəndiyimiz şəxslər bunu İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqovun şəhid ailələrinə, Qarabağ qazilərinə və bu rayonda məskunlaşmış məcburi köçkünlərə ögey münasibəti ilə də əlaqələndiriblər. Yəqin elə bu səbəbdəndir ki, Mirdamət Sadıqovun ögey münasibətinin nəticəsi olaraq şəhid ailəsi Azərbaycan dövlətinin maddi sərvətlərindən istifadə edə bilmir. Halbuki, şəhid ailəsinin bu sərvətdən istifadə etmək hüququ həm Mirdamət Sadıqovdan, həm “Azəriqaz”ın rəhbər şəxslərindən daha üstündür.
**
Onu da qeyd edək ki, İsmayıllı Rayon İcra Hakimiyyəti məsələyə dərhal reaksiya verib.
İcra Hakimiyyətindən Reyting.az-a göndərilən məktubda deyilir:
“Yazıda deyildiyi kimi, həmin şəhid ailəsinə İsmayıllı şəhərində dövlət tərəfindən ev verilib. Həmin ev bütün kommunal xidmətlərlə təmin olunub. Şəhid ailəsi Topçu kəndinə köçməsi və ordakı evlərinə qaz xəttinin çəkilməsi ilə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinə müraciət etməyib.
Yazıda deyildiyi kimi, İcra Hakimiyyətində heç bir vətəndaşa ögey münasibət bəslənmir. Şəhid ailələrinin üzvləri və müharibə veteranları hər zaman növbədənkənar qəbul olunur və İcra Hakimiyyətinin səlahiyyətləri daxilində onlara hər cür köməklik göstərilir”.




Bölməyə aid digər xəbərlər