12:36 / 14-06-2025
Sabah yağış yağacaq
ABŞ: "Mehman Əliyevi ləngimədən azad edin!”
Tarix: 27-08-2017 15:21 | Bölmə: Slayd
ABŞ: "Mehman Əliyevi ləngimədən azad edin!”

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti Azərbaycan hakimiyyətini “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevi həbsdən azad etməyə çağırıb.

“RİA Novosti” xəbər verir ki, Dövlət Departamenti Azərbaycanda söz azadlığına yaranan məhdudiyyətlə bağlı narahatlığını ifadə edib.
Ağ Evin mətbuat katibi Hizer Hayert deyib ki, Mehman Əliyevin həbsi və məhkəməyədək üç ay saxlanacağından narahatdırlar.

Dövlət departamentinin rəyinə görə, Azərbaycan hakimiyyətinin bu cür davranışı azad sözün və KİV-in məhdudlaşdırılmasına gətirib çıxarır.
Hayert eyni zamanda ölkədə “Azad Avropa radiosu”nun, “Azadlıq radiosu”nun və başqa informasiya mənbələrinin bağlandığını xatırladaraq, bunu “pis tendensiya” adlandırıb.

“Biz, Azərbaycan hakimiyyətini ləngimədən Mehman Əliyevi azad etməyə çağırırıq”,– deyib H.Hayert.
Reyting.az




Bölməyə aid digər xəbərlər