Politoloq: “Rusiya çətinlik çəkəcəyi təqdirdə nüvə silahından istifadə edə bilər”
Tarix: 19-04-2021 16:05 | Bölmə: Slayd
Politoloq: “Rusiya çətinlik çəkəcəyi təqdirdə nüvə silahından istifadə edə bilər”

“Hər iki tərəf qüvvələrini toparlayır və sözsüz ki, bunlar qarşılıqlı təzyiqdir. Ancaq belə bir vəziyyət hansısa məqamda toqquşmaya da çevrilə bilər”.

Bunu Reyting.az-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Ukrayna və Rusiya sərhədindəki vəziyyəti qiymətləndirərkən deyib.

R. Musabəyov ABŞ prezidenti C. Bayden və Rusiya prezidenti V. Putin arasındakı telefon danışığını, habelə Baydenin görüş təklifini Vaşinqtonun Ukrayna məsələsində geriyə addımı kimi qiymətləndirmir: “ABŞ geriyə addım atmır. Ancaq anlayırlar ki, açıq toqquşma böyük risklər yaradır. Rusiya nüvə ölkəsidir. Ukraynanı boş-boşuna buraxmaq isə o deməkdir ki, Rusiya onu əzəcək. Ukrayna ilə birlikdə vuruşmaq da o deməkdir ki, böyük təhlükələr yaradır. Bu zaman Rusiya çətinlik çəkəcəyi təqdirdə nüvə silahından istifadə edə bilər. Buna yol vermək istəmirlər. Qərb bir tərəfdən Ukraynanı Donbasda əməliyyata başlamaqdan yayındırır, digər tərəfdən də Rusiyaya deyir ki, “qırmızı xətti” keçmə”.

Ukraynada nüvə silahı yaratmaqla bağlı çağırışlara gəlincə, Musabəyov deyib ki, bu, sadəcə sözdür: “Ancaq Ukraynanın mütəxəssisləri ilə yanaşı uran yataqları mövcuddur. Eləcədə nüvə elektrik stansiyalarının tullantıları var. Hansı ki oradan nələrsə əldə etmək mümkündür. Ukrayna hansısa formada nüvə silahı yarada bilər. Amma lazımdır ki, bu müasir, kompakt başlıq olsun. Həm də onun istifadə təhlükələri var. Bu, elə də asan məsələ deyil. Nüvə silahı yaratmaq təklifini Ukrayna rəsmiləri deyil, cürbəcür insanlar səsləndirirlər. Düşünmürəm ki, Ukrayna belə yol seçsin.

Amma bir daha qeyd edim ki, Ukraynanın uranı da, pultonya əldə etmək imkanları da, mütəxəssisləri də var. SSRİ zamanı bir çox mütəxəssislərlə yanaşı nüvə laboratoriyaları da Ukraynada idi. Amma indi bunun hansı səviyyədə qaldığını, nə dərəcədə istifadə imkanlarını deməyə çətinlik çəkirəm”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}