İngiltərə parlamenti: türklərə qarşı baş verənlər soyqırımıdır!
Tarix: 23-04-2021 10:29 | Bölmə: Slayd
İngiltərə parlamenti: türklərə qarşı baş verənlər soyqırımıdır!

İngiltərə parlamenti Çin hökumətinin uyğur türklərinə yönəlik kütləvi insan haqları pozuntularını və insanlığa qarşı cinayətlərini soyqırımı kimi qiymətləndirib. Parlament rəsmi Pekinin Sincan Uyğur Muxtar Bölgəsində baş verən insan haqlarına qarşı tədbirlərini tənqid edib.

Reyting.az
-ın məlumatına görə, İngiltərə parlamenti London hökumətinə çağırış edib ki, Çinin uyğur türklərini hədəfə alan tədbirləri dayandırması üçün rəsmi Pekinə təzyiqləri artırsın.

Deputatların qəbul etdiyi qərarla əlaqədar vəsatəti parlamentə təqdim edən deputat Nüsrət Qəni bildirib ki, soyqırımı ilə mübarizəyə Çin tərəfindən nəzarət edilməyə çalışılır və məhkəməyə gedən yollar qapadılıb. Qəni bəyan edib ki, ingilis hökuməti nəzarəti artırmalıdır.

İngiltərə hökumətinin Çinə qarşı addım atması üçün qərar verməsi tələb edilir.

Birləşmiş Krallığın parlament üzvü Yasmin Qureşi isə deyib ki, bu gün qəbul edilən qərar dönüş nöqtəsidir: “Sincan bölgəsində pozuntuların böyüklüyünü heç kəs inkar edə bilməz”.

Parlament üzvü və Asiyaya cavabdeh nazir Nigel Adams isə bildirib ki, İngiltərə hökumətinin Sincandakı insan haqları pozuntularını soyqırımı kimi tanıma qərarı məhkəmələr tərəfindən qəbul olunmalıdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər