“Rusiyanın Azərbaycana təzyiqləri müşahidə olunur” - Politoloq
Tarix: 23-04-2021 15:28 | Bölmə: Slayd
“Rusiyanın Azərbaycana təzyiqləri müşahidə olunur”

“Rusiya Azərbaycanla strateji tərəfdaş kimi qeyri-səmimidir, təxribatlarla məşğuldur. Görünən odur ki, “İsgəndər M” raketləri ilə bağlı Rusiyanın tutduğu mövqe nə qonşuluğa, nə dostluğa, nə də tərəfdaşlığa yaraşmır. Hər kəsə bəllidir ki, “İsgəndər M” strateji ballistik raketləri yalnız Rusiyaya məxsusdur, başqa ölkələrə satılması qadağandır”.

Bu sözləri Reyting.az-a politoloq Cümşüd Nuriyev Azərbaycan-Rusiya münasibətlərindən danışarkən deyib.

Politoloqun fikrincə, Rusiyanın Azərbaycana qarşı təxribatları davam edəcək: “Xüsusilə, Aleksandr Duqinin son çıxışı olduqca təhlükəlidir. Vladimir Jirinovskidən sonra Aleksandr Duqin də çıxış etdi. Bildirdi ki, Azərbaycan həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, həm də Avrasiya İttifaqına daxil olmalıdır. Aydındır ki, Azərbaycan bu addımı atmayacaq. Fikrimcə, Azərbaycan bunun qarşılığında alternativ addım atmalıdır”.

C. Nuriyev təklif edir ki, Milli Məclis həyata keçirməsə də, bəzi addım atmalıdır: “Düzdür, bunu bəzi vaxtlar deyiblər. Məncə, parlament qərar verməlidir ki, Türkiyə ilə konfederasiya yaradır”.

Politoloq qeyd edib ki, türkdilli ölkələrin əməkdaşlıq şurası var: “Bu qurum 2009-cu ildə Naxçıvanda yaradılıb və formalaşır. Bəlkə də, türkdilli dövlətlərin əməkdaşlıq şurasının gömrük ittifaqını yaratmaq lazımdır”.

C. Nuriyev əlavə edib ki, Azərbaycana təzyiqlər müşahidə olunur.

Reyting.az




Bölməyə aid digər xəbərlər