Köç başlayıb: son 4 ayda Ermənistanı 250 minə yaxın insan tərk edib
Tarix: 06-05-2021 09:58 | Bölmə: Slayd
Köç başlayıb: son 4 ayda Ermənistanı 250 minə yaxın insan tərk edib

2021-ci ilin ilk dörd ayında Ermənistanın Zvartnos və Şirak hava limanlarında sərnişin axını ümumilikdə 405 min 105 nəfər olub.

Reyting.az
xəbər verir ki, bu barədə erməni mətbuatı adıçəkilən hava limanlarına istinadla məlumat yayıb.

Məlum olub ki, yanvar ayında sərnişin axını 64 min 296 nəfər təşkil edib. Başqa sözlə, ölkəyə 31052 nəfər daxil olub. Ermənistanı isə 33244 nəfər tərk edib.

Bu ilin fevral ayında bu rəqəm 90 min 198 olub. 31901 nəfər Ermənistana gəlib, 58 min 297 nəfər isə Ermənistanı tərk edib.

2021-ci ilin mart ayında bu rəqəm 116 min 481 nəfərdir. 42 min 283 nəfər Ermənistana gəldiyi halda 74 min 152 nəfər ölkədən gedib.

Apel ayında Ermənistana giriş-çıxış ümumilikdə 134 min 130 nəfər təşkil edib. 58 min 978 nəfər ölkəyə daxil olduğu halda 75 min 152 nəfər Ermənistandan gedib.

Beləcə, 2021-ci ilin son 4 ayı ərzində Ermənistana daxil olan vətəndaşların ümumi sayı 164 min 214 nəfər təşkil edib. Bu müddət ərzində ölkədən gedənlərin sayı 240 min 891 nəfərdir.

Erməni mətbuatı yazır ki, hava yolu vasitəsilə Ermənistanı tərk edənlər bura gələnlərdən 76 min 677 nəfər çoxdur.

Ancaq burada incə bir məqam var. Hazırda Ermənistandan çox az ölkəyə təyyarələr uçur. Səbəb pandemiyadır. Pandemiya başa çatdıqdan sonra ölkədən gedənlərin sayının daha çox olacağı ehtimal edilir.

Erməni mütəxəssislərin iddiasına görə, son müharibədən sonra ölkəni 300 min civarında erməni tərk edəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}